“Rusiya müharibə şantajı ilə Azərbaycanı təsirində saxlamağa çalışır”

Əli Orucov: “Münaiqşə nə qədər tez həllini taparsa, o qədər də Rusiyanın bu regiondan sürətlə uzaqlaşdırılması mümkün olar”

Rusiyanın  xarici işlər naziri Sergey Lavrovun Bakı səfərindən sonra Ermənistan prezidenti Serj Sərkisyan Moskvadakı rusiyalı həmkarl Vladimir Putinlə görüşdü. Görüşün təfərrüatı barədə mediaya o qədər məlumat verilməsə də, görüşdə Putinin Sərkisyanı Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu mövqeyindən geri çəkilməyə məcbur etməsi barədə fikirlər səsləndirilir. Siyasi analitiklər bununla münaqişənin həlli üçün münbit şərait yarandığını iddia edirlər. AMİP Siyasi Şurasının üzvü, siyasi analitik Əli Orucov "Olaylar"a açıqlamasında bu barədə irəli sürülən fikirlərin əsası olmayan fərziyyələr olduğunu deyib. Ə. Orucovun sözlərinə görə, bəziləri Rusiya Azərbaycanın Avrasiya İttifaqına girəcəyi təqdirdə 7 rayonu qaytaracağı barədə danışırlar: "Kreml Azərbaycanı hələ SSRİ-nin tərkibində olanda hissə-hissə torpaqlarından Ermənistana "pay" verməyə məcbur edirdi. Ermənistandan 1 milyondan çox yerli Azərbaycan əhalisi ayrı-ayrı mərhələlərdə deportasiya edildi, sürgünə göndərildi.Məhz Dağlıq Qarabağ Muxtar Vilayəti də SSRİ-nin vaxtında yarandı. 1990-cı il 20 Yanvar hadisələrini də Qarabağda separatizmin silahlandırılması və fısqırdılması da Azərbaycanın bu ittifaqda olması dönəmlərində baş vermişdi. Birdəfəlik bilmək lazımdır ki, Şimal qonşumuz bizə qarşı heç vaxt dost münsibətlərində olmayıb. Lavrovun Bakı səfəri də Kremlin regionla bağlı narahatlığından irəli gəlir. Bunu özü də bəyan etdi. Rusiya ehtiyatlanır ki, Bakını itirə bilər. Ermənilərə onsuz da etibar yoxdur, hər zaman öz ağalarına-Rusiyaya üz döndərə bilərlər. Mən Lavrovun Bakıya səfərini və ardınca Sarkisyanın Moskvaya çağrılmasını hər iki Cənubi Qafqaz ölkəsini müharibə şantajı ilə tam nəzarətindən buraxmamaq istəyi kimi izah edərdim. Moskvanın Cənubi Qafqazda mövcudluğu Dağlıq Qarabağ problemi, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlıdır. Bu münaiqşə nə qədər tez həllini taparasa o qədər də Rusiyanın bu regiondan sürətlə uzaqlaşdırılması mümkün olar". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00