Hansı ara inqilabçı oldun, ay Əli Kərimli?

Kubada hələ də Amerikanın iqtisadi embarqolarından əziyyət çəkən xalq "Ağ Evin qorxulu yuxusu" adlandırılan Ernesto çe Gevaranın adından faydalanır.

Məsələnin ciddi tərəfi

Argentinalı həkim və astma xəstəsi olan çe Gevara Sierra Maestrada azsaylı gənc gerillayla diktator Batistaya qarşı inqilaba başladı. İnqilab lideri Fidel Kastro bu əzminə görə, onu "partizan müharibəsinin sənətkarı" adlandırmışdı. Beləliklə, 1959-cu ildə Fidel, Kamilo və Ernestonun liderliyindəki inqilabi qüvvələr paytaxt Havanaya girib Batistanı devirdilər. Bu hadisə çe Gevaraya "Kuba inqilabının dünya səfiri" ləqəbini də qazandırdı. Çünki, bu çevriliş dünyada özünə qarşı yaratdığı rəğbətdə böyük paya sahib idi. Lakin, gözlənilmədən ortalıqdan yox olan Ernesto çe Gevara Afrikada peyda oldu. Konqoda baş verən siyasi çevrilişə rəhbərlik edərək, yenidən Latın Amerikasına - Boliviyaya qayıtdı. Burada kiçik gerilla qrupuyla rejimə qarşı partizan müharibəsinə başladı. Lakin bolivyalı əsgərlər çeni 1967-ci ilin oktyabrında dağda ələ keçirdilər. Oktyabrın 9-da La Higera kəndindəki məktəbdə güllələndi. Cəsədi vertolyotla Havanaya gətirildi. Meyidini yuyan tibb bacısı "iri açılmış gözləri, sonsuzluğa yönələn baxışları" qarşısında sarsıldığını dedi. Boliviyalı əsgərlər və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən təhqir edilmiş cəsədinin fotoları dünya mediasının gündəminə daşındıqca, çe əfsanəsinin başa çatacağı haqda müzakirələr başladı. Xüsusilə, son illərdə Fidel Kastro ilə aralarındakı soyuq münasibətin Ernesto çe Gevaranın Kubanın tarixindən silincəyi ehtimallarını da yaratdı. Lakin, Fidel buna getmədi və çe Kubanın rəsmi qəhrəmanına çevrildi. Hətta bu gün də yeni dərs ilinin açılışlarında Kuba liderlərinin onun böyük portreti önündə çıxış etmələri ənənə halını alıb. Əlbəttə Ernesto çe Gevaranın əfsanə olmasında Fidel Kastro və Kamilo Kienfueqos kimi inqilab liderlərinin böyük rolu vardı.

Məsələnin qeyri-ciddi tərəfi

Məqsədimiz Fidel Kastro, yaxud çe Gevara haqqında yazmaq deyil, Əli Kərimli və ətrafına inqilabi liderin necə olmasını göstərməkdir. Əlbəttə böyük iddialardan danışan adam üçün 50-ci illər Kuba inqilabına liderlik etmiş şəxslərdən yaxşı nümunə ola bilməzdi. Çünki, yaxın ətrafı Əli Kərimlini də "mütləq gücə sahib inqilab lideri" kimi şişirdib yerə-göyə sığdıra bilmir. Adamlara başa salmaq olmur ki, camaat cəmi bir neçə ilə, hətta aylar ərzində 82 gerillayla - arxasında Amerika kimi nəhəngin dayandığı Batistanı devirib daşını-daş üstündə qoymadı. Əli Kərimli isə gözünü müxalifətdə açıb, durub məntiqi darmadağın edən jirinovksisayaq həyəcanlarından danışır. Bir adamın ki, Qurban Pənahov adında tərəfdarı ola, o da qalxıb deyə ki: "Vanqa demişdir ki, müstəqillik qazanmasından 25-30 il sonra Azərbaycanın başına əsl lider gələcək. O insan Azərbaycanı bütün bəlalardan qurtaracaq. Bax həmin insan bu insandır. Mən sizə inanıram, Əli bəy". Kəmalə Bənəniyarlı da rəy yaza ki: "İnşallah". Belələrinə nə ad verəsən? Allaha and olsun ki, Elzanın şeirləri bunlardan maraqlıdır. 

Tam qeyri-ciddi

Zığ gözlərini elə qapayıb ki, Əli Kərimli və AXCP-sini qoyun bir kənara, siyasi çevriliş etməsini, heç yüngülvari silkələnib "Feysbuk" arxasından özünü qaldırmaq istəmədiklərini görmürlər. Səhərin gözü açılmamış Fuad Qəhrəmanlıdan gün ərzində "Feysbuk" səhifəsinə gəlmiş "layk"ların hesabatını istəməkdən başqa bu adam nəyə yarayır, görəsən? Bir-iki kəlimə əleyhinə nəsə deyəndə də ağızlarını elə açırlar ki, içinə çullu dovşan sığar. Həqiqətən abır-həya yaxşı şeydi. Adam ki, bu hisslərdən məhrumdu, nə desən gözləmək olar ondan. Bir adam ki, söyüşü, təhqiri özü üçün ucuzlaşdıra. Adamdan soruşarlar, axı sən nəyin arxasındasan? Lider kimi forman yox, məqsədin yox, "Feysbuk" arxasından özünü qaldırmırsan - axı sən hansı ara inqilabçı oldun, ay Əli Kərimli? Nə vaxt? Elə bilirlər camaatın gözü kordu. Ay sizin "inqilabçı"nızı dovşan yesin.



Ömər Zamin
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00