“Rusiyadan Azərbaycana strateji tərəfdaş olmaz” – Politoloq

"Köləliyin də qiyməti var, Ermənistan bu köləliyin qarşılığında Rusiyadan daha ucuz qaz alacaq". Belə bir fikirlə politoloq Elxan Şahinoğlu çıxış edib. "Rusiya Ermənistana qazı min kubametrə görə 165 dollara satmaq qərarını verib. Misal üçün Rusiya Ukraynaya qazı 268 dollara satır. Ermənistan prezidenti Serj Sərkisyan Moskva səfərini şərh edərkən silah almaq üçün Rusiyadan 200 milyon dollar güzəştli kredit alacağının anonsunu da verib. Lavrov Bakıya gəlir və bizi hədələyir ki, işğalçıya qarşı müharibəyə başlamayın, o biri tərəfdən də baş işğalçını Moskvaya çağırıb deyirlər ki, "möhkəm ol, arxandayıq, bu da sənə silah üçün pul". Bundan sonra hələ də deyirik ki, Rusiya Azərbaycanın "strateji tərəfdaşı"dır". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00