AXCP Abşeron şöbəsi Razi Nurullayevi dəstəklədi

AXCP Abşeron şöbəsinin fəallarının müşavirəsi keçirilib

Yüksək fəallıqla keçirilən müşavirədə AXCP-də yaranmış son durum müzakirə edilib. Müşavirədə iştirak edən AXCP Etimad Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinin üzvləri  Cavid Musazadə və Fəxrim Abduləzimov partiyada və ölkədə  baş veren siyasi proseslərdən danışıblar. Çıxış edənlər  Əli Kərimlinin  apardığı siyasətin partiyanı uçuruma yuvarladığını, vəziyyətdən çıxmaq üçün onun sədrlikdən istefa verməli olduğunu bildiriblər. Sonra təşkilati məsələyə baxılıb. Arif Baxşəli oğlu Qafarov AXCP Abşeron şöbəsinin sədri seçilib. Zilfəli Baxşəli oğlu Qafarov Ali Məclisin üzvü, Fəzail Bəşir oğlu Abbasov, Nizami Tahir oğlu  Babayev AXCP etimad qurultayına numayəndə seçiliblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00