YAP öz liderliyini qoruyacaq
7 Sentyabr 2015 17:45 Siyasət"Uzun illərdir ölkənin ictimai-siyasi həyatında lider olan Yeni Azərbaycan Partiyası bu gün də öz liderliyini qorumaqda davam edir. Hesab edirəm ki, bu proses özünü parlament seçkilərində də büruzə verəcək". Belə bir açıqlama ilə çıxış edən Yeni Azərbaycan Partiyasının üzvü, sabiq millət vəkili Anar Axundzadə "OLAYLAR"-a bildirib ki, parlament seçkilərinin favoriti məhz Yeni Azərbaycan Partiyası olacaq: "Bunun da əsas mənbəyi xalq etimadıdır". Anar Axundzadə seçkilərdə müxalifətin uğur qazana bilməyəcəyini də söyləyib: "Bugünkü müxalifət düşərgəsi nəinki ciddi alternativ, ümumi faiz etibarı ilə heç alternativ sayılmır. Bunun da əsas səbəbi müxalifətin xalqın içində sosial bazalarının yox dərəcədə olmasıdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00