Fazil Mustafa namizədliyini yenə də Sabunçu rayonundan verəcək

Millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Müstafa Milli Məclisə seçkilərdə namizədliyini yenidən 26 saylı Sabunçu 1-ci seçki dairəsindən (Bakıxanov qəsəbəsi) irəli sürüb. Bu barədə millət vəkili Facebook səhifəsində yazıb. F. Mustafa bildirib ki, onun namizədliyi Böyük Quruluş Partiyası tərəfindən irəli sürülüb: " Bu seçkilərdə bizi dəstəkləyən, dualarını bizlərdən əsirgəməyən hər kəsə öncədən təşəkkürümü bildirirəm. Allah bizləri insanlara xidmət etməkdən, cəmiyyətimiz üçün faydalı işlər görməkdən məhrum etməsin!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00