Türkdilli dövlətlərin əməkdaşlıq şurasının 5-ci sammiti keçiriləcək

Sentyabrın 11-də Qazaxıstanın paytaxtı Astanada Türkdilli dövlətlərin əməkdaşlıq şurasının 5-ci sammiti keçiriləcək. "OLAYLAR"-ın xəbərinə görə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Türkiyə prezidentlərinin sammitdə iştirakı planlaştırılır. Forumda iştirakçıların müzakirə edəcəyi mövzular arasında - türkdilli dövlətlərin ticarət-iqtisadi, təhsil və mənəvi əməkdaşlığı məsələləri olacaq. Şuranın tırkibində, həmçinin Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı fəaliyyət göstərir (TÜRKSOY). Təşkilatın iştirakçıları arasında Rusiya Federasiyasının türkdilli regionları - Tatarıstan, Başqırdıstan, Şimali Qafqaz Respublikaları aktiv rol oynayırlar. Türkdilli dövlətlərin Əməkdaşlıq Şurasının inkişaf perspektivləri, potensial problemlər və onların həlli haqqında danışacaqlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00