“Əli Kərimli ciddi bir siyasi lider deyil”

Niyaməddin Orduxanlı: “Özünə hörmət edən şəxs Əli Kərimli ilə çiyin-çiyinə yol getməz”

Son vaxtlar Azərbaycan Xalq Cəbhəsi Partiyası ətrafında maraqlı proseslər cərəyan edir. Razi Nurullayevin partiyadan istefasından sonraAXCP-də bir-birinin ardınca baş verən istefalar seçki dönəmində olan partiyanı ciddi problemlərlə üzləşdirib. Hətta AXCP sədri Əli Kərimlinin siyasi karyerasının artıq sona çatdığı da bildirilir. Bəs görəsən, bu proseslər AXCP-ni hara aparır? Bu və digər məsələlərlə bağlı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı ilə söhbətləşdik. "OLAYLAR"-a verdiyi müsahibədə BAXCP rəsmisi Əli Kərimlinin siyasi aqibətinə də aydınlıq gətirib.

-Niyaməddin bəy, AXCP ətrafında baş verənləri necə dəyərləndirirsiniz? Bu Əli Kərimlinin sonu ola bilərmi?

-Əli Kərimli siyasi cəhətdən çoxdan bitmiş adamdır. Əbülfəz Elçibəyə xəyanət edərək və onun təşkilatını dağıdan Əli Kərimlinin yanında kimlər qalıb? Baxın, bugün onun yanında istefa verib gedənlərə, kimdir bu adamlar? Nə vaxt gəliblər bu təşkilata? Cəmiyyətdə hansı nufuz sahibidirlər? Və yaxud bu adamların hansı biri mill azadlıq hərəkatında iştirak edib? Hansı biri Əbülfəz Elçibəyin rəhbərlik etidyi AXCP-də olub və ya onun komandasına daxil olanlardandır? Görürsünüz ki, bu adamların heç biri sadaladığım sullara cavab vermirlər. Onlar çox sonradan Əli Kərimlinin yanına gələn şəxslərdir. Bilirsiniz ki, gənclər radikal və emosional olur . Kərimli də öz çıxışlarını bu yönümdə qurur. Təcrübəsiz gənclər də bu səbəbdən onun təsirinə düşüb, onunla birgə addımlayırlar. Bir müddət keçdikdən sonra Əli Kərimlinin əsl simasını görəndən sonra ondan uzaqlaşırlar. Bu gün Əli Kərimlidən imtina edənlər bunlardı. Özünə hörmət edən şəxs Əli Kərimli ilə çiyin-çiyinə yol getməz və necə ki getmirlər də.

-Hər gün onlarla cəbhəçinin Əli Kərimlidən ayrıldığı bildirilir. Maraqlıdır ki, həmin cəbhəçilər nə üçün zamanında Əli Kərimlini tərk etmirdilər?

-Bu gənclərin siyasi təcrübəsi həmin addımı atmağa imkan vermirdi. İndi onlar görürlər ki, Əli Kərimli bunlardan öz çirkin məqsədləri üçün istifadə edir. Bu adam yalnız öz maddi maraqlarını güdür. Ətrafında olan insanlara isə, bir "işçi" kimi baxır. Hər kəsi onun kimi düşünməyə məcbur edir. Fərqli fikirə düşənləri və deyənləri "xalq düşməni" adlandır. Bu adamları Əli Kərimli şantaj edir. Əli Kərimli bolşevikdir. Kim onunla deyil, deməli, düşməndir. O, hər kəsə bu cür yanaşır.

-BAXCP-nin bu proseslərə, cəbhənin bərpası ilə bağlı aparılan kampaniyaya rəsmi mövqeyi nədən ibarətdir?

-Xalq Cəbhəsi 2001-ci ildə birləşib. Hər iki tərəfdən xeyli sayda və uzun illər bu təşkilatda faəliyyət göstərən insanlar BAXCP-də bir araya gəliblər. Xalq cəbhəsi birləşəndən sonra BAXCP rəhbərliyində Əüblfəz Elçibəyin köməkçisi vəzifəsində çalışmış Vaqif Abışov, Elçibəyin ən yaxın silahdaşları olan Zöhrab Abdullayev, Yeganə Mehdibəyli, Telman Siyabov, Yaşar Kələntərli, Bəhruz Cabbarlı, Binyamin Qənbərli, Xudeş Əsgərov, Allaverdi Dönməz və s . insanlar təmsil olunurlar. Kifayət qədər adlar çəkə bilərəm ki, bu şəxslər Bəyin zamanında da cəbhədə idi, bu gün də cəhbədədirlər. Bu gün Əli Kərimlinin ətrafında baş verənlər isə, Əli Kərimlinin sonradan özünün qurdugu təşkilatda yer alanlardı və onlar da haqlı olaraq bu prosesə qoşulublar. İnanıram ki, onlar hüquqi yola Əli Kərimlidən möhürü ala biləcəklər.

-Seçki ərəfəsində belə bir prosesin baş verməsi Əli Kərimli üçün ciddi siyasi zərbə sayıla bilərmi?

-Əli Kərimli ciddi bir siyasi lider deyil ki, ona seçki ərəfəsində hansısa zərbə dəysin. Bu adam noyabrda keçiriləcək parlament seçkilərinə qatılmaq istəmir. Güclü siyasətçi hər zaman özünə güvənər. Bu adamın ətrafında 125 nəfər peşəkar siyasi xadim yoxdur ki, namizədliyini irəli sürsün. Hakmiyyətdən qovulanlar Əli Kərimlinin yanında durublar. Sanki, bunu da qəsdən edirlər, guya hakmiyyətə "acıq" edirlər. Ancaq Gültəkin Hacıbəyli və Cəmil Həsənli başa düşmür ki, bütün illərinizi İlham Əliyevin təblığatına sərf etmisiniz və sizin kim olduğunuzu xalq çox yaxşı bilir. Gedin yazdığınız kitablara, danışdığınız verlişlərə baxın. Gültəkin Hacıbəyliyə onu da deyirəm ki, Əli Kərimli bir dəfə satın alınmışdı. Bir dəfə alınmış adamı, təzədən almırlar. Onun yerinin hara olduğunu Gültəkin Hacıbəyli yaxşı bilir.

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00