Partiya liderləri həqiqətə sığmayan açıqlamalardan uzaq olmalıdırlar
7 Sentyabr 2015 14:16 Siyasət"Bir çox partiya liderləri və funksionerləri qısqanc və heç bir həqiqətə sığmayan açıqlamalardan uzaq olmalıdırlar". Bu fikirləri "OLAYLAR"-a "Ağ Blok"un üzvü Emin Məmmədli bir sıra siyasilər tərəfindən təmsil etdiyi qurumun ünvanına söylənilən ittihamlara münasibət bildirərkən səsləndirib. Qeyd edib ki, bu gün belə açıqlamalar partiya liderləri və onların funksionerlərini gündəmə gətirsə də, ancaq zaman onların əleyhinə işlədikcə həmin açıqlamalar və belə təfəkkürlə daha da gözdən düşəcəklər: "Ağ Blokun qapıları hakimiyyəti özünə rəqib hesab edən hər bir səmimi mübarizə aparan qüvvənin üzünə açıqdır. Bizə qarşı aparılan qarayaxma kampaniyasının heç bir effekti olmayacaq". Emin Məmmədli "Ağ Blok"un bəzi seçki dairələrində müxalifət partiyalarının liderlərinə güzəştə gedib-getməyəcəyi ilə bağlı məsələyə də aydınlıq gətirib: "Bu bir nəfərin yox, bütövlükdə Ağ Blokun rəhbərliyinin verəcəyi qərardır".