81 nəfər namizədliyinin qeydə alınması üçün MSK-ya müraciət edib
4 Sentyabr 2015 17:39 SiyasətAzərbaycanda keçiriləcək parlament seçkilərində namizədliyinin qeydə alınması üçün 81 nəfər Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib. Trend xəbər verir ki, bunu Komissiyanın bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib. Onun sözlərinə görə, parlament seçkilərində namizədliyinin qeydə alınması üçün 48 dairədən 81 müraciət daxil olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00