Azərbaycan Ordusunun əsgəri həlak olub
4 Sentyabr 2015 16:30 SiyasətAzərbaycan Ordusunun əsgəri silahla davranış qaydalarının pozulması nəticəsində həlak olub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Zərdab rayonundan hərbi xidmətə çağırılmış əsgər Samir Dadaş oğlu Orucov sentyabrın 3-də silahla davranış qaydalarının pozulması nəticəsində yaralanıb. Yaralı əsgərə ilkin tibbi yardım göstərilməsinə baxmayaraq, o, hərbi tibb müəssisəsinə aparılarkən yolda keçinib.Hadisə ilə bağlı cinayət işi başlanıb, faktla əlaqədar araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00