BAXCP sədri ABŞ səfiri ilə görüşüb
4 Sentyabr 2015 16:04 SiyasətBu gün Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının mərkəzi mənzil qərargahında partiyanın sədri, millət vəkili Qüdrət Həsənquliyevlə görüşüb. Lent.az-ın məlumatına görə, görüşdə Azərbaycan ərazilərinin Ermənistanın tərəfindən işğalı nəticəsində yaranmış münaqişənin tənzimlənməsi, ictimai-siyasi vəziyyət və seçki öncəsi durum barədə müzakirə aparılıb. Görüşdə ABŞ səfirliyinin siyasi müşaviri Syuzan Çesli və BAXCP sədrinin beynəlxalq məsələlər üzrə müavini Elçin Mirzəbəyli də iştirak ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00