“Biz AXCP adına iddialı deyilik, biz AXCP-nin özüyük”
Mehman Murdalı: “İllәrdir cәbhәçilәr Әli Kәrimlinin addımlarının doğruluğuna inanıblar”
4 Sentyabr 2015 13:55 Siyasət"Narazı cәbhәçilәrin və mәnim dә tәmsil olunduğum AXCP Etimad Qurultayı Tәşkilat Komitәsi doğru addım ataraq, Әli Kәrimlinin partiyada yaratdığı anarxiyaya etirazlarını bildiriblәr". "Olaylar"a açıqlamasında AXCP EQTK üzvü, hüquqşünas Mehman Muradlı belə deyib. M. Muradlının sözlərinə görə, illәrdir cәbhәçilәr Әli Kәrimlinin addımlarının doğruluğuna inanıblar: "Lakin bu illәr әrzindә cәbhәçilәr Әli Kәrimlinin siyasi tamadalığından vә pula xatir әtrafını, vәtәndaşı olduğu ölkәnin mәnafelәrini satmağının şahidi oldular. Bu sәbәbdәn Әli Kәrimlinin sәdrliyinә etiraz etmәyә başladılar. Әli Kәrimli partiyanı kommersiya qurumu kimi işlәtmәsi, Azәrbaycanı tәrk etmәk istәyәnlәrә partiya üzvünün vәsiqәsinin satılması, "Azadlıq" qәzetindәn şәxsi mәqsәdlәri üçün istifadә etmәsi bu cür narazılığı daha dәrinlәşdirdi. Biz AXCP adına iddialı deyilik, biz AXCP-nin özüyük. Bu sәbәbdәn Әli Kәrimlinin sәdrliyinә etiraz edәn çoxluğun qurultayını keçirmәyә qәrar verdik". ("OLAYLAR" İA)