Ceyms Uorlik: “Minaatan və ağır texnikadan istifadə edilməsi çox təhlükəli eskalasiyadır”
4 Sentyabr 2015 12:37 Siyasət"Ermənistan və Azərbaycan tərəfləri minaatan və ağır texnikadan istifadə edilməsi barədə xəbərlər verirlər. Əgər həqiqətdirsə, bu, çox təhlükəli eskalasiyadır". APA-nın xəbərinə görə, bu sözləri ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün "Twitter" səhifəsində yazıb. "Biz Dağlıq Qarabağda sülhə nail olunması üçün işləməliyik", - deyə o, qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00