Uorlik: “Biz atәşkәsi möhkәmlәndirmək üçün etimadı artıracaq tәdbirlәr tәklif edirik”
3 Sentyabr 2015 19:31 Siyasət"İlin böyük bir dövründə Azәrbaycan-Ermәnistan sәrhәdindә vә tәmas xәttindә vәziyyәt stabil qalıb". Bu sözləri son vaxtlar cәbhә xәttindә baş verәn gәrginliklә bağlı APA-nın sualını cavablandıran ATӘT-in Minsk Qrupunun amerikalı hәmsәdri Ceyms Uorlik deyib. C. Uorlik bildirib ki, ATӘT-in Minsk Qrupu hәmsәdrlәri dəfələrlə tәrәflәri gәrginliyi azaltmağa vә atәşkәs rejiminә ciddi әmәl etmәyә çağırıb: "Biz hәmçinin atәşkәs rejiminin möhkәmlәnmәsinә xidmәt etmək vә danışıqar prosesinә daha münbit şərait yaratmaq üçün qarşılıqlı etimadı artıracaq tәdbirlәr tәklif etmәyә davam edirik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00