Fransa da Azərbaycanın separatçı regionunda qondarma "seçkilər"i tanımır

"Fransa Azərbaycanın separatçı regionunda qondarma "seçkilər"i tanımır". Bunu Trend-ə Fransanın Azərbaycandakı səfiri Paskal Mönye separatçı rejimin sentyabrın 13-də Azərbaycanın işğal edilmiş ərazilərində "özünüidarə orqanları"na qanunsuz "seçkilər" keçirməyi planlaşdırması məsələsini şərh edərkən deyib. Onun sözlərinə görə, Fransa Dağlıq Qarabağı müstəqil dövlət qismində tanımır və müvafiq olaraq, sentyabrın 13-nə Dağlıq Qarabağda planlaşdırılan qondarma "seçkilər" davam edən sülh prosesinə və bu ərazinin gələcək statusuna heç bir təsir göstərə bilməz.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00