Əli Kərimli və "səhra kovboyları" mancanaq çömçəsində

Sədrin partiyada özünə qarşı olanlara oynadığı “mişar oyunu” oturduğu kürsünün ayaqlarını kəsməyə başlayıb

Razi Nurullayevin rəhbərliyi ilə narazı cəbhəçilərin elan etdiyi AXCP Etimad Qurultayı Təşkilat Komitəsi Əli Kərimli cəbhəsinə gərgin anlar yaşadır. Sədrin partiyada yaratdığı avtoritar vəziyyətə etiraz olaraq, baş verən qopmalar arxasınca AXCP EQTK-a böyük cəbhəçi axını aparır. Proseslər Əli Kərimlinin AXCP-dəki "əbədi iş ehtimalı"nı sıfıra yaxınlaşdırır. Beləliklə, partiyadan sürətli qopmalar onun məqsədlərini və avtoritar psixologiyasını qiymətləndirmək üçün ümumi metodologiyadır. Məhz narazı cəbhəçilərin AXCP adına iddia etmələri, onun indiyədək partiyadakı strateji, məqsədyönlü idarəetmə metodu və verdiyi qərəzli, qeyri xarakterli qərarları Əli Kərimlinin beyninin içini çılpaqlığıyla göstərən ekran oldu. Bu hadisələrə qədər o, qeyri-müəyyən addımlarıyla dramatik və şifahi forma göstərməyə çalışdı. İndiysə, uzun illər özü üçün yaratdığı simasını itirməyə başlayıb, bu onu monoton və sönük görünür. Nəticədə Əli Kərimlinin aqressiv və darıxıdırıcı siyasi üslubu ətrafını tədricən boşaldır. Çünki, Əli Kərimli şəxsiyyətinin şifahi üslub kateqoriyasına "qeyri və qorxaqlıq" anlayışları daxildir. Bu mənada o, tanıdığımız ən qorxaq diktatordur. Öz qorxaqlığını gizlətmək üçün indiyədək doqmatik üslub görüntüsünü nümayiş etdirməyə çalışıb. Beləliklə, partiyadakı iqtidarını qoruyub saxlamaq hərisliyi iradəsindən asılı olmayaraq onu keyfiyyətsiz qərarlar qəbul etməyə məcbur buraxdı.

"Polis partiyası"nın təsisçisi şikəst kürsüdə

Güclü avtoritar ambisiyası Əli Kərimlini müxalifətin yeganə lideri olmaq ehtiraslarını gücləndirdi. Əli Kərimlinin avtoritar şəxsiyyət tipində yetişməsində özünün-özünə etdiyi psixoloji təzyiqlərin rolu yüksək olub. Nəticədə yaxın ətrafı ilə birlikdə o "polis partiyası"nın təsisçisinə çevrildi. Ona görə də, Əli Kərimli lider kimi baxımlı tip deyil. Təkəbbürlülük, amansızlıq, güzəştsizlik, tənqidlərə dözümsüzlük - AXCP sədrini ifadə edən ən yaxşı anlayışlardır. Əli Kərimli sadəcə zalım diktator deyil, o eyni zamanda AXCP kimi nəhnəg partiyanı bir neçə yerə dağıdan və ən kiçik konflikti belə böyük yanğına çevirməyi bacaran qızışdırıcı katalizatordur. Nəticədə də keçən illər ərzində partiyada özünə qarşı olanlara oynadığı "mişar oyunu" indi oturduğu kürsünün ayaqlarını kəsməyə başlayıb. Bu, sədri özü üçün formalaşdırdığı "mütləq güc" simasıyla birlikdə partiya tarixinin alt qatlarına atacaq. Artıq arxivin görünməz köşəsinə atış üçün diktator mancanağın ən iri çömçəsinə oturdulub. Onu bu səfərdə zombi stereotipinə sahib olan "səhra kovboyları, yaxud yaxın ətrafı müşaiyət edir.

Ömər Zamin

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00