“Yaxın Şərqdən çıxması üçün Rusiyanı birinci Cənubi Qafqazdan çıxarmaq lazımdır”

Əli Orucov: “Bura elə bir regiondur ki, dünyanın hər yerinə giriş-çıxış imkanları var, bütün Avrasiyanı birləşdirmək və ayırmaq mümkündür”

"Rusiya xarici siyasət idarəsi başçısının Bakıya gerçəkləşdiyi səfərdə məqsəd Kremlin istək və ambisiyalarının Azərbaycan iqtidarına çatdırılması olub". Rusiya Xarici işlər naziri Sergey Lavrovun Bakı səfəri barədə "Olaylar"ın sualını cavablandıran AMİP Siyasi Şurasının üzvü, siyasi analitik Əli Orucov belə bir iddia ilə çıxış edib. Cənubi Qafqazın həmişə Rusiyanın marağında olduğunu deyən Ə. Orucovun sözlərinə görə, hələ bu region təxminən 300 il əvvəl Rusiyaya ilhaq edilməmişdən öncə də Şimal qonşumuzun xüsusi əhəmiyyət verdiyi coğrafiya olub: "Bura elə bir regiondur ki, dünyanın hər yerinə giriş-çıxış imkanları var, bütün Avrasiyanı birləşdirmək və ayırmaq mümkündür. Nəqliyyat və strateji əhəmiyyət daşıyan dəhlizlər məhz bu regiondan keçir. Ona görə də, Cənubi Qafqaz həmişə öz dövrlərinin böyük dövlətlərinin maraqlarının kəsişən nöqtəsi olub. İndi də belədir. Rəsmi Moskva heç vaxt Cənubi Qafqazı güzəştə getməz. Bu Rusiya üçün ən ağır itki olardı. Rusaya xarici siyasət idarəsi başçısı Lavrovun Bakıya gerçəkləşdiyi səfərdə də məqsəd Kremlin istək və ambisiyalarının Azərbaycan iqtidarına çatdırılması olub. Biz bundan öncə də Rusiyanın bəzi siyasilərinin, politoloqlarının, hətta hərbçilərinin zaman-zaman təhdid dolu bəyanatlarını və xəbər darlıqlarını eşitmişik. Lavrovun özü də bildirdi ki, səfəri regoinda atran gərginliklə bağlıdır. Halbuki bu gərginliyi də məhz Kreml yaradır". Əli Orucov qeyd edib ki, Rusiyanın əzəli rəqibi NATO-nun addım addım Gürcüstanın simasında bölgədə mövqe tutması, Qərbin Ermənistan və Azərbaycana davamlı basqıları Moskvanı narahat etməyə bilməzdi: "Ancaq əgər Qərb və ABŞ Cənubi Qafqazdakı münaqişlərin həllinə nail ola bilsə, xüsəsn də Ermənistan-Azərbaycan münaqişəsi beynəlxalq hüquq normalarına uyğun ədalətli çözə bilsə, Rusiyanı qısa zaman kəsiyində regiondan uzaqlaşdıracaq. Qafqazda münaqişələr həll olmayınca Rusiyanı da buradan sıxışdırıb çıxarmaq mümkün olmayacaq. ABŞ və Qərbin tutduğu mövqeyindən və prinsipiallığından, çevikliyindən çox şey asılıdır. Yaxın Şərqdən artıq Rusiya demək olar kı, çıxarılıb, sadəcə ipdən asılı qalıb. Yaxın Şərqdən çıxması üçün ilk növbədə Cənubi Qafqazdan çıxarılmalıdır". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00