N.Məmmədov deyib ki, Azərbaycanda keçirilən seçkiləri on minlərlə müşahidəçi izləyir: "Seçkilərə təkcə Avropa Məhkəməsi qiymət vermir, bu işlə beynəlxalq təşkilatların müşahidə missiyası da məşğul olur. Təəssüflər olsun ki, bir sıra hallarda bəzi beynəlxalq təşkilatların apardığı müşahidələrin nəticəsi Avropa Məhkəməsinin qərarı ilə uyğunlaşmır. Onlar apardıqları müşahidənin məkanı və vaxtı ilə bağlı məlumat vermirlər. Kiminsə fikirləri əsasında hansısa qənaətə gəlirlər". Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin müvəqqəti işlər vəkili Toralf Pilts isə çıxışında qeyd edib ki, demokratik seçkilər demokratiyanın əsaslarından biridir: "Buna görə də Avropa İttifaqı müxtəlif proqramlar çərçivəsində Azərbaycanla əməkdaşlıq edir. Mərkəzi Seçki Komissiyası bu sahədə nailiyyətlər əldə edib, öz fəaliyyətində beynəlxalq təşkilatların tövsiyələrini nəzərə alır. Bizim birgə fəaliyyətimiz seçki prosesinin təkmilləşdirilməsinə öz töhfəsini verir".
Daha sonra ekspert Sergey Kalçenko "Seçkilərlə bağlı müraciətlərə dairə seçki komissiyası tərəfindən baxılması: Avropa standartları və Azərbaycan qanunvericiliyinə dair" mövzusunda çıxış edib.
Tədbir müzakirələrlə davam etdirilib.
Qeyd edək ki, seminar sentyabrın 5-dək davam edəcək.




