Litva XİN: “Dağlıq Qarabağda keçirilməsi nəzərdə tutulan seçkiləri tanımırıq”

Litva Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində sentyabrın 13-də keçirilməsi nəzərdə tutulan "seçkiləri" konstitusiya və hüquqi çərçivədə tanımır. Bu barədə Azadinform-un sorğusuna Litva XİN-dən cavab verilib. Bildirilib ki, Litva münaqişənin ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçilik etdiyi danışıqlar çərçivəsində, sülh yolu ilə həllini dəstəkləyir: "Litva münaqişə tərəfləri olan 2 dövlət (Ermənistan və Azərbaycan) arasında növbəti dialoqların keçirilməsini dəstəkləyir".

Qeyd edək ki, sentyabrın 13-də işğal edilmiş Azərbaycan ərazisi olan Dağlıq Qarabağda "özünü idarə orqanları"na "seçkilər" keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00