Elçin Quliyev Uilyam Svinqi qəbul edib

Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidməti Aparatında Beynəlxalq Miqrasiya Təşkilatının Baş Direktoru Uilyam Svinqi qəbul edib. DSX mətbuat mrkəzindən verilən məlumata görə, general-polkovnik Elçin Quliyev Azərbaycan sərhəd mühafizəsi sisteminin təşkili, Dövlət Sərhəd Xidmətinin təyinatı və tapşırıqları, əməliyyat şəraiti və mövcud təhdidlər barədə məlumat verib. Azərbaycan Respublikasının sərhəd mühafizəsinin gücləndirilməsi, dövlət sərhədindən buraxılış məntəqələrinin texniki imkanlarının yaxşılaşdırılması, Dövlət Sərhəd Xidmətinin təlim-tədris imkanlarının təkmilləşdirilməsində Beynəlxalq Miqrasiya Təşkilatı ilə birgə əməkdaşlıqda həyata keçirilən fəaliyyətlərin əhəmiyyəti xüsusi qeyd edilib. Görüşdə dünyada və regionda baş verən hadisələrin miqrasiya proseslərinə və sərhəd təhlükəsizliyinə təsiri, yeni çağırışlar və cavab tədbirləri ilə bağlı fikir mübadiləsi aparılıb. BMT-nin Baş Direktoru Azərbaycan Respublikasının təhlükəsizlik sistemində Dövlət Sərhəd Xidmətinin önəmli yeri və rolu, ölkə sərhədlərinin etibarlı mühafizəsi üzrə həyata keçirilən tədbirləri, o cümlədən cari ilin iyun ayında Bakıda keçirilmiş I Avropa Oyunları zamanı DSX-nın fəaliyyətini yüksək qiymətləndirmiş, miqrasiya məsələləri üzrə cavabdeh qurumlarla birgə fəaliyyətinin əhəmiyyətini vurğulyıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00