Novruz Məmmədov: “Avropada miqrantlarla bağlı faciənin səbəb və nəticələrinin ədalətli qiymətini zaman-tarix verəcək”

"Avropada miqrantlarla bağlı yaşanan faciənin səbəb və nəticələrinin ədalətli qiymətini zaman-tarix verəcək". APA-nın xəbərinə görə, bu sözləri Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün "Twitter" səhifəsində yazıb.

Qeyd edək ki, son vaxtlar Avropa İttifaqı miqrant böhranı ilə əlaqədar tarixinin ən böyük problemlərindən birini  yaşayır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00