“REAL” Hərəkatı Parlament seçkiləri üçün namizəd siyahısını təqdim etdi
2 Sentyabr 2015 16:24 SiyasətSentyabrın 2-də "REAL" Hərəkatı noyabrın 1-də keçiriləcək Parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısını açıqlanıb. "REAL"ın ofisində baş tutan tədbiri giriş sözü ilə açan təşkilatın icra katibi Natiq Cəfərli seçkilərdə qurumun dəstəklədiyi namizədlərlə birlikdə 23 namizədin irəli sürüldüyünü bildirib. N. Cəfərli qeyd edib ki, namizədlərdən 17-si "REAL"-ın, 6-sı isə digər təşkilatların üzvləridir. O, təşkilatın həbsdə olan sədri İlqar Məmmədovun özünün seçkilərə qatılmasını məqbul görmədiyi üçün namizədliyini irəli sürməyəcəyini də bildirib. Həmçinin vurğulayıb ki, həftə sonuna qədər təqdim siyahıya əlavələr ola bilər və bununla bağlı mətbuata açıqlama veriləcək.
"Olaylar.az" seçkilərdə iştirak edəcək namizədləri təqdim edir.
Respublikaçı Alternativ Hərəkatının 2015-ci il Parlament seçkilərində namizədləri:
Natiq Cəfərli, "REAL" İcra katibi, iqtisadçı - 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi
Erkin Qədirli, "REAL" İH üzvü, hüquqşünas - 16 saylı Yasamal II seçki dairəsi
Xalid Bağırov, "REAL" İH üzvü, hüquqşünas - 24 saylı Nizami I seçki dairəsi
Azər Qasımlı, "REAL" İH üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru - 23 saylı Nəsimi-Səbail seçki dairəsi
Zöhrab İsmayıl, "REAL" İH üzvü, iqtisadçı - 8 saylı Binəqədi I seçki dairəsi
Cəsur Məmmədov, "REAL" İH üzvü, siyasi elmlər magistrı - 27 saylı Sabunçu II seçki dairəsi
Vəfa Rüstəm, hüquqşünas - 15 saylı Yasmal I seçki dairəsi
Mübariz Rəhimli, siyasi elmlər magistrı - 19 saylı Nərimanov I seçki dairəsi
Şadiman İsmayılov, IT mütəxəssisi - 14 saylı Xəzər seçki dairəsi
Hafiz Babalı, iqtisadçı - 42 saylı Sumqayıt II seçki dairəsi
Ramil Süleymanov, hüquqşünas - 41 saylı Sumqayıt II seçki dairəsi
Kənan Məkanlı, iqtisad elmləri magistrı - 43 saylı Sumqayıt III seçki dairəsi
Rafiq Muradov, politoloq - 107 saylı Qazax seçki dairəsi
Hacıbaba Bayramov, iqtisad elmləri magistrı - 52 saylı Quba seçki dairəsi
Azay Vəlixanov - 56 saylı Xaçmaz kənd seçki dairəsi
Əlayif Həsənov, hüquqşünas - 92 saylı Zərdab- Ucar seçki dairəsi
Mikayıl Talıbov, müəllim - 77 saylı Astara seçki dairəsi
Respublikaçı Alternativ Hərəkatının dəstəklədiyi namizədlər
Ruslan İzzətli, "D18" Hərəkatının sədri - 33 saylı Xətai I seçki dairəsi
Ülvi Həsənli, "NİDA" Hərəkatı İH üzvü - 9 saylı Binəqədi II seçki dairəsi
Ramin Hüseynov, "NİDA" İH üzvü - 18 saylı Nərimanov-Nizami seçki dairəsi
Elgiz Qəhrəman, "NİDA" üzvü - 29 saylı Səbail seçki dairəsi
Nicat Əmiraslanov, "NİDA" üzvü - 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi
Məzahir Şahvələdov, hüquqşünas - 86 saylı İsmayıllı seçki dairəsi