Əli Kərimliyə qarşı çıxan daha bir gəncə hücum oldu
2 Sentyabr 2015 14:03 SiyasətƏli Kərimlinin AXCP daxilində yaratdığı antidemokratik rejimə qarşı çıxaraq partiya sıralarından tərk edib Razi Nurullayevin ətrafında birləşən daha bir gəncə hücum olub. Bu barədə zərərçəkmiş Quliyev Mikayıl özü məlumat verib. O bildirib ki, Nərmanov rayonu ərazisində evinə gedərkən, Əli Kərimlinin müşaviri İbrahim Məmməd ona yaxınlaşaraq Razi Nurullayevə qoşulduğu üçün onu təhqir edib və Razi Nurullyaevin ətrafındakı insanların ünvanına ağır təhqiramiz ifadələr işlədib: "Axşam saatlarında Nərimanov türk litseyinin qarşısında dostumla gedirdim. Bu zaman Əli Kərimlinin müşaviri Məmməd İbrahim mənə yaxınlaşaraq Razi Nurullayevə neçəyə satıldığımı soruşdu. Bundan sonra, "bəlkə səni ora kəşfiyyata göndərək" dedi. Mənsə "sənin kəşviyyatçılarının kim olduqalırnı bilərə, qısa zamanda onları ifşa edəcəm dedim". Bundan sonra o mənə "adamlarımın adını əgər hardasa çəksən sənə pis olacaq. Razi Nurullayevə qarşı keçənlər hamsı satqındırlar, arvadlarını küçədə satırlar".