Rusiyada da Qubadlının işğalından danışıldı

Ümumrusiya Azərbaycan Konqresinin İstra rayon yerli şöbəsinin növbəti iclası keçirilib. Təşkilatdan daxil olan məlumata görə, ilk olaraq konqresin İstra rayon yerli şöbəsinin sədri Ramil Əliyev iclas iştirakçılarına Azərbaycanın Qubadlı rayonunun Ermənistan separatçıları tərəfindən işğal edilməsinin 22-ci ilinin tamam olması haqda ətraflı məlumat verib, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan bacı və qardaşlarımız bir dəqiqəlik sükütla yad edilib. Daha sonra, yeni qəbul olunmuş təşkilat üzvlərinə üzvülük vəsiqələri təqdim olunub. İclasda həmçinin bir sıra məsələlər haqqında müzakirələr aparılıb və sentyabr ayında keçiriləcək tədbirlər planı təsdiq edilib. Sonda, ÜAK-ın İstra rayon yerli şöbəsinin yeni ofisi təşkilat üzvlərinə təqdim edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00