Cəbhəçi Əli Kərimliyə çağırış etdi: “Şöbə darmadağın olur, müşavirini göndər”

"Əli Kərimlini sərəncamsız müşaviri Məmməd İbrahimi və mexanizator Hacı Abbaslını dərhal istefaya göndərməyə çağırıram". "Olaylar"ın məlumatına görə, bu sözləri AXCP-nin Nərimanov şöbəsinin keçmiş üzvü Dəyanət Babayev deyib. "Mətbuatda AXCP-nin Nərimanov şöbəsinin daha iki məclis üzvü - Mikayıl Quliyevlə, Maarif Mehdiyevin istefa verdiklərini oxudum. Əli Kərimlini sərəncamsız müşaviri Məmməd İbrahimi və mexanizator Hacı Abbaslını dərhal istefaya göndərməyə çağırıram. Yoxsa, bu şöbə darmadağın olacaq", - deyə D. Babayev qeyd edib. Siyasətin prinsiplər üzərində qurulduğunu deyən sabiq cəbhəçinin sözlərinə görə, siyasətdə səni ləkələyib vurmağa cəhd edirlərsə, sən haqsansa, təmizsənsə, qarşı tərəfin ittihamını normal qəbul edib həmin insanın zəifləməsini gözləməlisən ki, o zəiflədikcə onu siyasətlə vurub bundan həzz alasan: "Hansı ki, dörd ay əvvəl sərəncamsız müşavir Məmməd İbrahim və Hacı Abbaslı bizi ləkələyərək, böhtanlar ataraq partiya üzvlüyündən çıxarmışdı. İndi nəinki, Məmməd İbrahim və Hacı Abbaslı, bütöv Nərimanov şöbəsi darmadağın olur". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00