Sədrin iç üzünün ifşası

Əli Kərimlinin iki üzü var: partiya daxilində və ictimaiyyətə olan üzü. Amma yazıqlar olsun ki, Kərimlinin partiya içərisində olan üzünə ictimaiyyət bu zamana qədər şahid deyildi. İctimaiyyətdə, "Azərbaycanda məndən başqa ədalətli, düzgün, demokratik insan yoxdur" imicini formalaşdırmağa çalışırdı. Amma Razi bəy AXCP-nin üzünü açdıqdan sonra hamıya məlum oldu ki...

Razi Nurullayev Əli Kərimlinin ikiüzlülüyünü ictimaiyyətə açdı. Və illərlə Kərimlinin haqsızlıqlarına, ədalətsizliyinə göz yumanları oyatdı. Və bununla da Əli Kərimliyə "stop" demək zamanı gəldi.

Razi Nurullayev və onun yeni AXCP inşasına dəstək verənlər həqiqətən Əli Kərimlinin maskasını cırdılar. Razi Nurullayev partiyanı diktator rejimi ilə idarə edən Əli Kərimlidən almaq niyyətindədir. Görün nə qədər haqsızlıqlar, ədalətsizliklər edib ki, ən yaxın partiya yoldaşları belə tab gətirə bilməyib onu yarı yolda buraxıb əsl üzünü  ifşa etdilər. Bu bir növ onun göstəricisidir ki, Əli Kərimli partiya içində etibarsız, güvənsiz bir şəxsdir.

Razi Nurullayev Azərbaycan ictimaiyyətinə, xalqına Kərimlinin kim olduğunu bildirdi. Və onun dediklərinə AXCP-dən böyük dəstək gəldi.

Əli Kərimli AXCP-də olanların hər birinə partiya yoldaşı, dəstəkçi kimi yox, (əlaltı, lazım olduqda bu şəxsi istifadə etmək, bundan bir az pul qopardım, ona zor tədbiq edib bunu dedizdirim və s.) gözü ilə baxır.

Gəlin Kərimlinin AXCP-sinə nəzər salaq.

AXCP-dən xaric olunan şəxslərdən Ağaşirin Tanrıverdioğlu "Yeni Müsavat"a açıqlamasında: "Razi Nurullayev başda olmaqla, AXCP-dən haqsız yerə çıxarılan, haqsızlıqlara tab gətirməyərək istefa verən şəxslər iddia edirlər ki, əsl AXCP onlardır. Onların dediklərinə tam haqq qazandırıram. Çünki insanlar ömürlərini o partiyaya veriblər. Əli Kərimlinin diktator siyasətinə tab gətirməyən gənclər, yaşlılar nə vaxt haqlarını tələb ediblərsə, partiyadan qovulublar."

Partiyasında gənclərə, yaşlılara söz azadlığı verməyən bir partiya sədri hansı üzlə çıxıb demokratiyadan dəm vura bilər?!

Sabiq şöbə müdiri Mirzə Sakitin AXCP-dən çıxarılmasından da danışıb: "Yəqin ki, hər kəsin yadındadır. Mirzə Sakit həbs olunanda, cəbhəçilərin hamısı onun canına and içirdilər. Elə ki o, həbsxanadan çıxdı, onu beş azyaşlı övladı ilə "Azadlıq" qəzetindən uzaqlaşdırdılar. Bunu Allah Əli Kərimliyə bağışlamaz. O vaxt Rauf Arifoğlu Mirzə Sakitin bir qızını işə götürüb, bu yolla ona yardımçı oldu. Əlinin xisləti budur. İnsanı işlədir, sonra tutdurur, azadlığa çıxandan sonra isə tanımır. Bu gün Kərimli istənilən razılaşmaya gedər ki, təki qurultayda növbəti dəfə sədr seçilsin. Amma buradan deyirəm, Əli bəy, nə qurultaya gedəsisən, nə də seçiləsisən. Artıq cəbhəçilər ayılıblar. Razi bəyin bu gün bütün narazıları öz ətrafında cəm etməkdə məqsədi vahid şəkildə mübarizə aparmaqdır. Orada təmsil olunan hər bir şəxsə uğurlar arzulayıram. Hər kəsi Əli Kərimlinin yox, Razi bəyin yanında olmağa çağırıram". 

AXCP Etimad Qurultayı TK-nin üzvü, politoloq  Səbuhi Əliyev (Aslanbəyli):  "Siyasi fəaliyyətimin ən azı 17 yaşı olsa da, kölgədə qalmağa üstünlük vermişəm. Mübarizəm hər zaman haqsızlığa, ədalətsizliyə qarşı olub. Partiyadan heç zaman siyasi dividentlər üçün istifadə edib parlamağa calışmamışam. Zaman elə gətirdi ki, çiyin-çiyinə mubarizə apardığım "lider" diktatora çevrildi və özümü təqdim etməyə vadar oldum. Sadəcə Səbuhi Əliyev. Partiya daxilində zərrə qədər də demokratik mühütün olmaması, maliyyə maxinasiyaları, diktator rejimli idarəçilik. Bir növ partiyada Əli Kərimli manqurtlaşma siyasəti ilə məşğuldur. Buna öz sözlərilə cavab verəcəm: "Parlaq gəncliyin qarşısını almaq heç kimə nəsib olmayıb". Zamanla bu gün bizi tənqid edənlər sabah yanımızda olacaq."

Vaxtilə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Gənclər Komitəsinin üzvü olan, hazırda isə AXCP Etimad Qurultayı Təşkilat Komistəsinin üzvü, politoloq Ehtiram Mehdiyevin dedikləri: "Bununla bağlı 2003-2013-cü ilə qədər etirazımı bildirdim. O zaman məni ciddiyə alan olmadı. Bu gün isə heç kim qul olmaq istəmir. Ona görə də partiyadakı iyrəncliklərə qarşı etiraz edənlərin sayı artıb. Bu etirazlar cəzası isə partiyadan uzaqlaşdırılmadır. Tənqidi statuslarımla bağlı mənə partiya rəhbərliyindən zəng gəldi ki, ya dayanmalısan, ya da partiyadan istefa verməlisən. Mən də ikinci yolu seçdim və partiyadan uzaqlaşdım. Çünki, belə iyrəncliklərə dözmək fikrim yoxdur".

E.Mehdiyev deyib ki, onlarda AXCP-dəki iyrənclikləri tənqid edənlərin qara siyahısı var: "Hətta partiyada tənqidçilərin qara siyahısını hazırlayan qeyri-rəsmi "Gənclərə Nəzər Komitəsi" var. Burada onlarlala bağlı monitorinqlər aparırlar".

Göründüyü kimi, Əli Kərimli AXCP-yə sanki ögey ana münasibəti sərgiləyir.

Hər zaman Əli Kərimli yanlış yolda olub. Doğru siyasəti və hədəfi olmayıb. Bu da yanlış siyasətin nəticəsidir.

Seymur Süleymanov 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00