İstefalar AXCP-ni çökdürür

Əli Kərimlinin ətrafında 5-6 veteran cəbhəçi qalacaq

AXCP-dən istefalar davam edir. İstefa verənlərin gənclərdi və onlar sabiq sədr müavini Razi Nurullayevin rəhbərliyi ilə yaradılmış AXCP Etimad Qurultayı Təşkilat Komitəsinə daxil olurlar.  Xəbər saytlarının məlumatına görə, AXCP  Nərimanov şöbəsinin Məclis sədri Rüfət Əliyev partiyadan istefa verib. Rüfət Əliyevin  istefasına səbəb bir müddət öncə, partiya üzvləri Ehtiram Mehdiyev, Cavid Musazadə və Ağaşirin Tanrıverdioğlunun  AXCP-dən  çıxarılmasına etiraz etməsi olub.  Məlumatda deyilir ki, Rüfət Əliyev Nərimanov rayon şöbəsində bəzi cəbhəçilərin qanunsuz olaraq partiyadan uzaqlaşdırılmasına etiraz olaraq  2 gündür AXCP-dən istefa verib. Baş verənlər AXCP-də ciddi narahatlıq yaradıb. Sədr müavini Fuad Qəhrəmanlının rəhbərliyi ilə qara piar maşını 1 nömrəli hazırlıq vəizyyətinə gətirilib. Lakin partiyadan sızan məlumatlar Əli Kərimli üçün ürəkaçıcı deyil. Məsələ burasındadır ki, Fuad Qəhrəmanlı Əli Kərimliyə sadiq deyil və hər an sədri arxadan vura bilər. Onun Razi Nurullayev tərəfdarlarına qarşı özünü fəal göstərməsi planının faş olması və nüfuzunun yıpranması ilə bağlıdır. AXCP Etimad Qurultayı Təşkilat Komitəsinin üzvü, münaqişəşünas Cavid Musazadə deyib ki,  hazırda Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) müxtəlif qruplaşmaların əlində oyuncağa çevrilib.  Onun sözlərinə görə, partiyanı parçalamaq xətti götürən Əli Kərimli müavini Fuad Qəhrəmanlı vasitəsi ilə bu qruplaşmaları idarə edir və maraqları daxilində onları bir-biri ilə savaşdırır. Onun sözlərinə görə,  hazırda AXCP partiyadaxili qruplaşmaların savaş meydanına çevrilib. Xüsusilə iki qruplaşma daim bir-biri ilə mübarizə içərisindədir. Partiyada `Üçlər` adlı qruplaşma var. Bura Eldar Hüseynov, Həsən Kərimov, Gözəl Bayramlı daxildir. Digəri isə qrupa isə Fuad Qəhrəmanlı, Mirfeyzulla Seyidov, İbrahim İbrahimli və partiyadan kənar bir sıra adamlar daxildir. Maraqlıdır ki, gənc və perspektivli Əbülfəz Qurbanlını partiyadan birinci qrupa daxil olan şəxslər uzaqlaşdırdılar. Razi Nurullayevin tərəfdarlarına qarşı daha aqressiv mövqe ikinci qrupdan gəldiyindən belə nəticə çıxır ki, hədəfdə elə onlardır. Gələn xəbərlərə görə, Əli Kərimli Fuad Qəhrəmanlıya inanmır, daha çox veteran cəbhəçilərə etimad göstərir. AXCP-də baş qaldırmış narazılıq bitəndən sonra Fuad Qəhrəmanlının Əbülfəz Qurbanlı və Razi Nurullayev kimi cəzalandırılacağı gözlənilir. Siyasi təhlilçilərin  fikrincə,  istefaların əsas səbəbi AXCP-nin avtoritar düşüncə ilə idarə olunması və Əli Kərimlinin sədrlikdən dördəlli yapışmasıdır. Bu gedişlə partiyanın yenilənməsini istəyən gənclərin hamısı AXCP-dən gedəcək, Əli Kərimlinin ətrafında Cəmil Həsənlinin  təbirincə desək, XX əsrin 80-ci illərindən qalmış veteran cəbhəçilər qalacaq.


Ərhun

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00