AMEA Tarix İnstitutunda Bayraq gününə həsr olunmuş tədbir keçirilib

Noyabrın 7-də  AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu "Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü"nə həsr olunmuş tədbir keçirib. Tədbiri giriş sözü ilə institutun direktoru, AMEA-nın müxbir üzvü, Millət vəkili Yaqub Mahmudov açıb. Yaqub Mahmudov öz çıxışında qeyd etdi ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Yaqub müəllim nadir memarlıq abidəsi olan Azərbaycan Dövlət Bayrağı Meydanının yaradılmasını, milli sərvətimiz olan bayrağımızın burada ucaldılmasını Azərbaycanın gücünü, Azərbaycan xalqının öz dövlətinə sevgisini, dövlət rəmzlərimizə ehtiramının bariz nümunəsi kimi qiymətləndirdi. Azərbaycan Respublikası Dövlət Bayrağı Gününə həsr olunmuş humanitar aksiya çərçivəsində Bakı Dövlət Universiteti Tarix fakültəsinin əlaçı və yaxşı oxuyan 65 nəfər tələbəsinin hər birinə Tarix İnstitutu Elmi Şurasının qərarı ilə çap olunan 65 adda kitab hədiyyə olunub.

Aygün

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00