“Bayraq günü” münasibəti ilə möhtəşəm flaşmob keçirilib

Noyabrın 7-də Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən ulu öndər Heydər Əliyevin adını daşıyan parkda "Bayraq günü" münasibətilə yüzlərlə gəncin iştirakı ilə möhtəşəm flaşmob keçirilib. Göy, qırmızı, yaşıl rəglərində geyimləri olan və əllərindəki şarlar ilə gənclərimiz müstəqilliyimizi təcəssüm etdirən üçrəngli Milli Bayrağımızı canlandırıblar. Rayon ictimaiyyəti tərəfindən də böyük rəğbətlə qarşılanan bu tədbir bir daha bayrağımıza, dövlətçiliyimizə, vətənimizə olan sevginin və qürurun bariz nümunəsidir. Bundan başqa rayon ərazisində bütün qəsəbələrdə sakinlərə 12000-ə yaxın bayraq paylanıldı. Bayraqlar eyvanlarda asılaraq ölkəmizdə əsl bayram əhvalının sürdüyünün göstəricisidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00