İtaliyanın sabiq nazirləri Bakıya gələcək
6 Noyabr 2014 17:23 SiyasətDiasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkil edəcəyi III Qlobal Müştərək Cəmiyyətlər Forumunda İtaliyanın sabiq hökumət rəhbərlərinin iştirakı gözlənilir. "OLAYLAR"-ın xəbərinə görə, Romada səfərdə olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi Rövşən Muradov İtaliyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə ölkənin sabiq hökumət başçısı (2013-2014) Enriko Letta ilə görüşüb və onu III Qlobal Müştərək Cəmiyyətlər Forumunda iştirak etməyə dəvət edib. Enriko Letta dəvəti məmnuniyyətlə qəbul edərək Foruma qatılacağını bildirib. Görüşdə həmçinin, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti, həyata keçirdiyi layihələr, qarşıdakı Foruma hazırlıq məsələləri də müzakirə edilib. İtaliyanın digər sabiq hökumət rəhbəri (1996-1998, 2006-2008) və Avropa Komissiyasının prezidenti olmuş Romano Prodi də III Qlobal Müştərək Cəmiyyətlər Forumuna dəvət olunub.