Niyaməddin Orduxanlı: “Xədicə İsmayıl şizofrenik xəstəliyinə tutulub”

"Noyabrın 5-də "Azadlıq" radiosu partiyaların bələdiyyə seçkilərində iştirakı ilə bağlı mənə zəng edib, canlı efirə qoşmuşdu. Bir saat efir vaxtı zamanı mənim 5 dəfə telefonum kəsildi". Belə bir açıqlama ilə çıxış edən BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı "OLAYLAR"-a bildirib ki, Xədicə İsmayıl "telefon kəsilmələri"ni texniki qüsurla əlaqələndirib: "Mənim telefon xəttim kəsiləndən sonra orda danışanları eşitmək imkanı olmayıb. Təkrar baxdıqda isə, gördüm ki, Xədicə heç bir mövzuya aidiyyatı olmadan Əli Kərimlinin təbliğatını aparıb və mənim BAXCP sədrinin müavini olduğumu bildirib. Əvvəla, onu demək istəyirəm ki, Xədicə İsmayıl 20 ildir Əli Kərimlinin təbliğat işləri ilə məşğul olan və "Yurd" birliyinin əsas aparıcı jurnalistlərindəndir. Xədicə İsmayıl "Azadlıq" radiosundan istifadə edib hər zaman Əli Kərimlinin qanunsuz təbliğatı ilə məşğul olur. Onun izahatının qarşılığı olaraq demək istəyirəm ki, Xədicə İsmayıl, Allah eləməsin ki, mən Əli Kərimlinin müavini olum... Xədicə İsmayılın Əli Kərimlinin müavinlərini ittiham etmək səlahiyyətini ona Əli Kərimli verib. O, özünü artıq elə bir statusda görür ki, sanki radikal müxalifətin "anası"dır. Bu adam artıq şizofrenik xəstəliyinə tutulub. başqa bu adama nə demək olar?"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00