Hind okeanında dəniz quldurları dəhşəti: Eyni vaxtda iki gəmi ələ keçirildi, 30 dənizçi girovdur
12:20 ProblemYəmən və Somali sahillərində dəniz quldurları iki mülki gəmini ələ keçirərək ümumilikdə 30 dənizçini girov götürüblər.
Olaylar.az xəbər verir ki, bu barədə "Hindustan Times" nəşri məlumat yayıb. Məlumata görə, Ədən körfəzində Eritreya bayrağı altında üzən "Sibu 1" tankeri silahlı piratların hücumuna məruz qalıb. Gəminin göyərtəsində 20 nəfərlik heyət olub.
Onların 16-sı Hindistan, digərləri isə Suriya, Sudan və İraq vətəndaşlarıdır (daha bir dənizçinin milliyyəti hələ ki müəyyənləşdirilir). İkinci insident isə Somalinin Puntlend sahili yaxınlığında qeydə alınıb. Kamerun bayrağı altında hərəkət edən "M/V LUTUF" gəmisi quldurlar tərəfindən zəbt edilib.
Bu gəmidə olan 10 nəfərlik heyətin tərkibinə altı Hindistan vətəndaşı, həmçinin Türkiyə, Gürcüstan və Serbiya vətəndaşları daxildir.
Regional təhlükəsizlik qüvvələri girov dənizçilərin xilas edilməsi istiqamətində vəziyyəti izləməyə davam edirlər.