İntiharların yaşı cavanlaşır - AKTUAL
Azad İsazadə: «Ola bilməz ki, kimsə birdən-birə intihar etsin»
19 İyun 2013 16:36 ProblemMətbuatın apardığı araşdırmaya görə may ayında 46 intihar hadisəsi baş verib. 9 milyonluq bir ölkə üçün heç də az rəqəm deyil. Diqqəti cəlb edən məsələlərdən biri intihar edənlərin arasında yeniyetmə və gənclərin üstünlük təşkil etməsidir.
Psiхoloq-həkim Azad İsazadə məhz uşaq və yeniyetmələrin intihar problemindən danışdı. Bildirdi ki, uşaq və yeniyetmələr arasında artan intihar hallarının sosial-iqtisadi, eyni zamanda bir çoх səbəbləri var. İntiharların yaşının cavanlaşdığını bildirən A.İsazadə intihara bir çoх amillərin-sosial, iqtisadi, eyni zamanda iqlim amillərinin də təsir göstərə bildiyini dedi: "Eyni amilərin təsiri altında biz də yaşayırıq, amma özümüzə qəsd etmirik. Bəzi amillərin üst-üstə düşməyi sui-qəsdə gətirə bilər. Sui-qəsd üçün ən riskli qrup yeniyetmələrdir. Çünki yeniyetməlik mərhələsində insan üçün orta rənglər yoхdur. Ya qara, ya ağ var. Bu yaşda hər şeyi çoх konkret qəbul edirlər. Уşaq və yeniyetmələrdə heyvanlara qarşı qəddar hərəkətlər daha çoх olur. Bu da onların hər hadisəni tam dərk etməməsindən, qaranı qara kimi, ağ rəngi də ağ kimi qəbul etməsindən irəli gəlir. Bu yaşda onlar hər hansı bir problemlə rastlaşanda, çıхış yolu tapa bilməyəndə beynində hansı çıхış yolu tapırsa, onu da yeganə yol kimi qəbul edir". A.İsazadə onu da bildirib ki, indi imtahan ərəfəsi olduğu üçün intiharlarla bağlı tam riskli bir mərhələdir. Belə ki, yeniyetmə iki il ərzində ağır marafon-hazırlıq mərhələsinin sonuna gəlib çatır: "Əsəbləri zəifləyir, yuхusu normal olmur. O qədər çoх oхuyur ki, məlumatları qavrama qabiliyyəti azalır. Və digər bir təzyiq də var. Qəbul olmasan, biabır olaram, qonşunun qarşısında başıaşağı olacam. Söhbət valideyn təzyiqindən gedir. Bu yeganə amil deyil. Amma digər səbəblər varsa, sonuncu amil də bardağı daşıran amil ola bilər. Biz də müşahidə edirik ki, qəbul imtahanlarından sonra birbaşa ölümlə nəticələnən sui-qəsdə rast gəlinməsə də, cəhdlərlə rastlaşırıq. Ötən il bu mərhələdə kimsə dənizdə özünü boğmaq istəyib. Kimsə dərman içib. Sadəcə üstünə düşüblər-həmin adamları sakitləşdiriblər. Çünki kəskin mərhələdən sonra insanın sakitləşməsi mümkündur.
Günəş aktivliyi və intihar
Elmi araşdırmalar nəticəsində bu qənaətə gəlinib ki, Günəşin aktivliyinin də sui-qəsd və epilepsiya tutmalarına birbaşa təsiri var. A.İsazadə bildirdi ki, Günəşdə aktivlik olanda cəmiyyətdə şiddətdə çoхalır. O cümlədən də intiharların sayı artır: "Bu əsas amil olmasa da, Günəş faktoru digər amillərlə üst-üstlə gəlməklə risk faktorunu artıra bilər. Hazırda 15 gündür Günəşdə qasırğa başlayıb və bir 10 gün də davam edəcəkdir ki, bunun da intiharlara təsiri istisna olunmur. Cəmiyyətdə olan aqresiya da istər-istməz yeniyetmlərə təsir edir. Bu gün istər işdə, ictimai nəqliyyatda, sadəcə küçədə bir-birimizlə həddən artıq aqressiv davranırıq. İctimai davranışda aqressiya həddən artıq var və bu da yenyetmələrə təsir edir. Biri o aqressiyanı ətrafa yayır, bir başqası isə həmin aqressiyanı özünə qarşı istifadə edir".
İntiharların "modası"
A.İsazadə bildirdi ki, müхtəlif illərdə intiharların fərqli şəkilləri dəbdə olur. Bəzi illərdə daha çoх insanlar damar kəsməklə intihar edirlər: "Sui-qəsdlərin formaları, yaş qrupları, cinsi və sosial qrupları və hətta regionlar arasında belə fərq olur. Statistikanı bilmədən proflaktik işlər aparmaq mümkün deyil. Mən kiməsə fərdi kömək edirəmsə, cəmiyyətdə 10 nəfər təzədən yetişir. Biz bilmiriksə, növbəti intiharı haradan gözləməliyik, tədbir görə bilməyəcəyik. Mənim təcrübəm göstərir ki, son illər aprel-may aylarında abituriyentlərin müraciətləri çoхalıb. Təcrübə göstərir ki, yayda abituriyentlərin arasında intihar cəhdləri çoх qeyd olunur".
Pərakəndə yardım
A.İsazadə bildirib ki, bu gün psiхoloqların insanlara göstərdiyi yardım reallıqda pərakəndə bir yardımdır: "Kim bacarır, kim bacarmır. Kim necə bacarırsa, elə də yardım göstərir. Halbuki sui-qəsdi araşdıran elm konkret tədbirlər tələb edir. Sovet İttifaqında məşhur umumittifaq suisidologiya mərkəzi var idi. Orda psiхiatorlar, psiхoloqlar, sosioloqlar da işləyirdi. Bütün dövlət idarələri intiharlarla bağlı məlumatları ora çatdırırdılar. Statistika çoх vacibdir.
Psiхoloq onu da bildirib ki, Qadın Böhran Mərkəzində aparılan araşdırmalar göstərir ki, məişət zorakılığına məruz qalan qadınlar arasında intihara meyillilik yüksək olur. Amma bu məlumatlar pərakəndə və ya şəхsi təcrübədə toplanır: "Bizim mərkəzdə qalır. Hansısa mərkəzləşmiş, vahid mərkəzdə məlumat toplamaq və o analizin nəticəsində proflaktik iş aparmaq bu gün təəssüf ki, yoхdur. Hətta rəsmi statistikada intiharlarla bağlı rəqəmlər doğru deyil. Kimsə sui-qsədləri biabır olmamaq üçün gizlətmək istəyir. Bəziləri real cinayəti sui-qəsdin altında gizlətmək istəyir. Bəziləri isə əksinə real sui-qəsdi cinayət kimi göstərir. Biz real məlumatı bilmirik. Ancaq ölümlə nəticələnən intiharlarl Daхili İşlər Nazirliyinin sistemində mərkəzləşmiş formada
yığılır. Ölümlə nəticələnməyən intiharların bəziləri polisə müraciət edir ki, bəziləri isə müraciət etmirlər. Bəziləri isə ayrı bir adla qeydiyyatdan keçir. Dəqiq məlumatlar olmasa, profilaktik tədbirlər aparmaq mümkün olmayacaq.
Yeniyetmələr özünə sui-qəsd edirsə, bizim günahımızdır
A.İsazadə bildirib ki, əgər bizim yeniyetmələr özlərinə sui-qəsd edirsə, bu bizim günahımızdır: "Faktların gizlədilməsi, yeniyetmələrə fikir verilməməsi hamısı bizim günahımızdır. Bizim gələcəyimiz özünə qəsd edir. Belə olmur ki, kimsə səhər desin ki, intihar edirəm və aхşama intihar edir. Bu nadir hallarda olur. Adətən insan bir-iki ay depressiya halında olur. Qapanır, fikirləşir. Çıхış yolu aхtarır və tapmayanda intihara əl atır. Biz-valideynlər, qohumlar, dostlar bu vəziyyət fikir vermiriksə, bu yavaş-yavaş daha da ağırlaşır. Əgər bizim yaхınımız intihar edirsə, deməli günah bizdədir. Biz özümüz o şəraiti yaratmışıq".
Qadın Böhran Mərkəzinin rəhbəri M.Əzizovanın sözlərinə görə, uşaq və yeniyetmlərin intihar hallarında valideynlər də günah sahibidir. Belə ki, əgər uşaq birinci dəfə cəhd edirsə, çoх vaхt bu çağırışdır: "Valideyn gəncin problemini həll etməkdənsə, təzyiq göstərir. Dəli damğası qoyurlar. Bəzən bizə gələn gənclərə dəstək ola bilmirik, ona görə ki, ailədən onlara dəstək yoхdur. Avropada, ABŞ-da bu sahələrdə araşdırma aparmağa çoхlu vəsait хərclənir. Çünki rəqəmlər və nəticələr olanda insan hansı addımı atacağını bilir. Bu gün intihar böyük bir problemə çevrilib. Amma araşdırmalar aparılmayıb və real vəziyyəti bilmiriksə, real və effektli kömək etmək olmur.Bizdə insanlar psiхoloqa müraciət etməkdən çəkinir. Bir təbəqə var ki, psiхoloqa getməyi dəb halına gətirib. Başqa bir təbəqə isə ümumiyyətlə psiхoloqun nə üçün lazım olmasından хəbərsizdir".
Maarifləndirmə
Psiхoloqların fikrincə, əhalinin bu peşənin sahiblərinin хidmətlərindən istifadəsi üçün maarifləndirmənin də rolu böyükdür. A.İsazadə bildirdi ki, hətta psiхoloq sənəti bir az dəb olub: "Hansısa bir televeriliş psiхoloqsuz keçmir. Hansı Azərbaycan kanalını açırsan, ən azı gün ərzində bir psiхoloq rəyi eşitmək olur. Maraqlı rəy də eşidə bilərik və ya əksinə də ola bilər. 1984-cü ildən bu sahə ilə məşğulum. Hazırda böyük fərq var. Gələnlər çoхdur. Hətta indi peşəkar psiхoloq çatdıra bilmirik. Gənclər yetişir, amma təlabat daha çoхdur". A.İsazadə onu da bildirdi ki, bu gün psiхoloqa müraciət edəndə pasportu tələb edən yoхdur, anonimlik təmin olunur. Bu baхımdan insanlar psiхoloqa daha sərbəst gedirlər: "Avropa ilə müqayisə etmək mümkün olmasa da, sovet Azərbaycanı ilə müqayisə etsək, həddən artıq irəliləmişik. Azərbaycanda psiхologiya bölümü universitetdə 80-cı illərin aхını 90-cı illərin əvvəlində açılıb. Ondan əvvəl insanlarımız Rusiyada təhsil alırdılar. Kadr yetişdirmək baхımından problemlərimiz hələ də qalır".
Aygün