Yardımlı Xeyriyyə Cəmiyyətinin təhsilə dəstək missiyası davam edir
18:18 Sosial08 may 2026-cı il tarixində Yardımlı şəhərində Yardımlı Xeyriyyə Cəmiyyəti İctimai Birliyi tərəfindən "2025-2026-cı tədris ili üçün Təhsil Təqaüdləri" adlı tədbir keçirilmişdir.Olaylar xəbər verir ki, tədbirdə Elm və Təhsil Nazirliyinin Lənkəran-Astara Regional Təhsil İdarəsinin əməkdaşları, rayonun ağsaqqalları, ictimai fəallar, iş adamları, Cəmiyyətin rəhbər heyəti, şagird və tələbələr, eləcə də onların valideynləri iştirak etmişlər.
Yardımlı Xeyriyyə Cəmiyyəti İctimai Birliyi tərəfindən təqaüd sahiblərinə ümumilikdə 13 330 (on üç min üç yüz otuz) manat məbləğində təqaüd təqdim olunmuşdur.
Təhsil təqaüdlərinin əsas məqsədi təhsildə yüksək nəticələr göstərən və sosial dəstəyə ehtiyacı olan şagird və tələbələrin təhsilinə dəstək olmaqdır.
Cəmiyyət olaraq, şagird və tələbələrimizə daim diqqət və qayğı göstərən dəyərli həmyerlilərimizə təşəkkür edir, onlara fəaliyyətlərində bol-bol uğurlar arzulayırıq