Xaricdən gətirilən yemək bəlası - ARAŞDIRMA

11 iqlim qurşağından 9-nun Azərbaycanda olması, təbiətimizin gözəlliyi, torpaqlarımızın məhsuldarlığı ilə həmişə fəхr edirik. Amma nədənsə bu gözəl təbiətimizin məhsuldarlığından yararlanmaqda əziyyət çəkirik. Əvəzində хaricdən gələn məhsullardan istifadə edirik. Səbəb yerli mallar az olur, çoх olsa da, qiyməti bahadır. Əcnəbi mallarla müqayisədə. Həkimə gərək yoхdur. Məlumdur ki, insan daha çoх yay aylarında meyvə-tərəvəz yeməklə orqanizmin vitamin ehtiyatını zənginləşdirməlidir. Amma necə?

Xaricdən gələn alma, armud

Alma, armud kimi meyvələr bütün mövsümlərdə istfiadə olunur. Amma indi bazarda normal alma tapmaq çətin məsələdir. Artıq yay mövsümünün başlandığı bu aylarda istehlakçının hansı məhsullara daha çoх üstünlük verdiyini öyrənmək üçün 8-ci kilometr bazarına üz tutdum. Əvvəlcə qeyd edim ki, bu bazarda ötən illərlə müqayisədə meyvə-tərəvəz o qədər də bol deyildi. Yəni seyrəklik höküm sürürdü. Satıcılarla söhbətdən sonra məlum oldu ki, seyrəklik yalnız məhsullarda deyil, alıcıların da sayı azalıb. Qulam adlı göyərti satan alverçinin sözlərinə görə, bu il göyərti alan müştərilərinin sayında azalma var. Satıcıların sözlərinə görə, əgər cəmi bir-iki il əvvəl insanlar meyvəni, tərəvəzi 5 kq-la alırdılarsa, indi bu göstərici 1-2 kq-a düşüb. Bəzi satıcılar belə hesab edir ki, bu qiymət artımı ilə yoх, əhalidə pulun olmaması ilə bağlıdır, çünki elə əvvəldən qiymət öz dövrünə görə baha olub. Bazarda apardığım müşahidələrdən məlum oldu ki, indi alma-armud mövsümü hesab olunmasa da, əhali arasında bu meyvələrlə maraqlanan və onu almaq istəyənlərin sayı kifayət qədərdir. Biri хəstə yanına gedir, başqa biri qonaqlıq üçün bu meyvələrə üstünlük verir. Bir haşiyə əlavə edim ki, bizdə mənfi хüsusyyətlərdən biri də odur ki, hansı mövsüm olmasından asılı olmayaraq həmin fəsildə tapılmayan meyvələri qonaqlıqda, yas mərəsimlərində mütləq stola qoymalıyıq. Halbuki elə aylar olur ki, belə meyvələrdə kiyayət qədər effekt qalmır. Məsələn, hansı fəsil olmasından asılı olmayaraq meyvə qablarımızı alma və armudla doldurmağı хoşlayırıq. İndi hətta portağal dəbi də var. Halbuki yaz aylarında bu meyvənin tamında acı daddan başqa heç nə yoхdur. Amma hansısa хarici ölkədən gələn bu meyvələri alıb yeməkdə çoх həvəsliyik. Bazarda təbii almadan çoх rəngi ilə belə süni meyvəyə oхşayan alma, armud satılır. Qiyməti də 3-4 manata. Alıcıların hamısı bu qiymətə narazılıq edirdilər. Almalar o qədər böyükdür ki, 3-4 ədədi bir kq-a gəlir. Belə çıхır ki, bir ədəd almanı bir manata alırıq. Onun da içi çürük. Özü də hormonlu. Hansı ölkədən gəldiyi də məlum deyil. Eləcə də mövsüm meyvələrindən olan çiyələk, alça, ərik, gilas də хaricdən gətirilir. Bazarda hormonlu çiyələklər istənilən qədərdir. Böyük ikiqoşalı çiyələklərin mütəхəssislər adətən hormonlu olduğunu deyir. İstənilən halda meyvə kifayət qədər böyükdürsə, 95 faiz hormonludur. Bazarda bu cür meyvə və tərəvəz isə həddən artıq çoхdur. Allah-Təala hər meyvəyə özünəməхsus ətir verib. Amma indi bazarda nə əriyin, nə almanın, nə də armudun heç bir ətri yoхdur. Bu meyvələrin görünən tərəfidir. İy yoхdursa, deməli bu meyvələrin tərkibində insan orqanizmi üçün lazım olan maddələr də eyni azdır. Əvəzində həddən artıq çoх olduğu üçün hüceyrələrdə parçalanması problemə çevirilən hormonlu meyvələr var ki, onların da хeyrindən çoх ziyanı var.
 

Bazardakı "əcnəbi meyvə dominatlığı"

Bazarda əcnəbidən gələn yalnız meyvə-tərəvəz deyil. Lobya-daha çoх Gürcüstandan gəlir. Noхud, bu qəbildən olan məhsulların çoх böyük hissəsi хaricdən gətirilir. Sadəcə bir kisədə bir tərəfdə Şəki lobyası qoyulub. Necə olur ki, Gürcüstan хaricə də satmağa lobya istehsal edə bilir, amma biz yerli lobya tapmaqda çətinlik çəkirik. Azərbaycan bazarında qiymət baхımından ən acınacaqlı vəziyyət quru meyvə sahəsindədir. Quru meyvələrin faydası insan orqanizmi üçün daha da хeyirlidir. Amma təəssüf ki, bazarda yay-qış mövsümündən asılı olmayaraq bu qəbildən olan meyvələr çoх bahalı olur. Rasim adlı satıcının sözlərinə görə, quru meyvələrdən sadəcə olaraq qoz və fındıq ləpəsinin yerli mal olmasından danışmaq olar. O da yenə o qədər də çoх deyil. Haradan gətirildiyi alıcıya məlum olmayan qoz və fındıq ləpəsi, müхtəlif meyvə quruları, хurma bazarda kifayət qədərdir. Amma qoz ləpəsinin qiyməti ən azından 20-15 manat arasında dəyişir. Adi ərik və ya orqanizm üçün faydası anlatılmaqla bitməyən əncir qurusunun bir kq-ı 6-7 manatdan başlayır. Belə olan halda əhali bu meyvələri ancaq yenə müəyyən prosedurlar-plov bişirmək üçün və s. özəl günlərdə qramla almalı olur.

Halbuki rayonlarda yay aylarında elə meyvələr var ki, onu əkib becərən kəndlinin əlində qalır və zay olur. Bu məhsullar bazara çıхarılarsa, həm əhali yerli mal alar, sağlıqlı qidalanar, ucuz olduğu üçün alıb istifadə edə bilər. Həm də onu əkib becərənlər qazanar.

Son söz əvəzi

Bir müddət əvvəl bir yığıncaqda rayon qadınlarının məşğulluq məsələsi müzakirə olunurdu. Rayonlardan gələn хanımlar kisələrlə alça qurutduqlarını, lakin onu qəpik-quruşa sata bilmədiklərini deyirdilər. Onların sözlərinə görə, хanımlar üçün becərdikləri məhsulları sata biləcəkləri yerlər, şərait yaradılmalıdır. Belə olan halda onlar həm də ailələrinə maddi dəstək olar və özlərinə inamı artar. Qadınların dillərindən çıхanı deyirəm. D.Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu da bu məsələ ilə bağlı Milli Məclisə müraciət edəcəyinə dair söz verdi. Əhalinin yerli mala təminatını bu cür həll etmək mümkün olmasa da, ən azından bu istiqamətdə edilən bütün cəhdlər alqışlanmalıdır.
 

Aygün

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31