Azərbaycanda 13-15 yaşlı yeniyetmələrin 6.8%-i siqaret çəkir - AKTUAL
AİDS xəstəliyi, narkotik, spirtli içkilər, yol-nəqliyyat hadisələri, qətl hadisələri, intiharlardan ölənlərin ümumi sayı tütündən ölənlərin sayından azdır
31 May 2013 16:09 Problem1988-ci ildən etibarən Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 31 may bütün dünyada Ümumdünya Tütünlə Mübarizə Günü kimi qeyd olunur. Tütündən istifadə dünyada 8 əsas ölüm səbəbindən 6-na dair risk faktorudur. Tütün dünyadakı qarşısı alına bilən əsas ölüm səbəblərindəndir. Hesablamalara görə, hər il tütünün törətdiyi xəstəliklər nəticəsində dünyada 6 milyonadək insan vəfat edir. Ölkədə aparılmış bir sıra tədqiqatlar isə 50%-ə qədər kişinin siqaret çəkdiyini müəyyən edir. Bu günün qeyd olunmasında məqsəd cəmiyyətin diqqətini tütün sənayesinin zərərli taktikasının aşkarlanmasının vacibliyinə yönəltməkdir. Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, tütünçəkmə üçüncü minilliyin qlobal problemidir. Tütünçəkmə ilə bağlı çox acınacaqlı statiskalar mövcuddur. Belə ki XX əsrdə tütütnçəkmədən 100 milyon insan həyatını itirib. Hesablamalara görə, belə davam edərsə 2030-cu ilədək tütünçəkmədən ölənlərin sayı ildə 8 milyona çatacaq. XXI əsrdə tütünçəkmədən 1 milyon insan həyatını itirə bilər. Tütünün təhlükəsinin miqyası bütün dünyanı əhatə edir. Dünya əhalisinin 30%-i siqaret çəkir. Tütünün təhlükəsi uşaqlardan da yan keçmir. Dünyada uşaqların 50%-i tütün tüstüsü ilə çirklənmiş hava ilə nəfəs alırlar. ABŞ-da hər il 3000 siqaret çəkməyən insan ağciyər xərçəngi xəstəliyindən həyatını itirir. Səbəb isə başqalarının çəkdiyi siqaretin ətrafa yayılan tüstüsü ilə nəfəs almaqdır. Tütün təkcə tütün çəkən insanın itkisi deyil, bütövlükdə ailələrin və dövlətin itkisinə çevrilir. Tütün sağlamlığa ziyan vurmaqdan əlavə maddi və mənəvi də ziyan vurur. Tütündən insanların ölməsi nəticəsində ailələr başsız qalır, dövlət isə sağlam işçi qüvvəsindən məhrum edilir. Tütündən istifadə hər il 200 milyard ABŞ dolları həcmində qlobal iqtisadi itkilərlə nəticələnir. Kasıb ailənin büdcəsinin 10%-i tütün məmulatlarının alınmasına sərf edilir. Halbuki tütündən imtina etməklə həmin vəsaiti xeyirli işlər üçün sərf etmək olar. Gənclərin də tütünə aludəçiliyi yüksək səviyyədədir. Belə ki dünyada 150 milyon gənc siqaret çəkir. Hətta bəzi ölkələrdə qızların əksəriyyəti oğlanlar qədər siqaret çəkirlər.
Siqaret çəkən kişilərdə cinsi zəiflik daha tez baş verir. Tütün tüstüsünün zərərli maddələri hamilə qadının bətnindəki uşağına keçir. Ətrafa yayılan tütün tüstüsü siqaret çəkənlər və çəkməyənlər üçün eyni dərəcədə təhlükəlidir. Bir çox insanlar düşünürlər ki, qəlyan çəkmək orqanizm üçün təhlükəsizdir. Bunun üçün də qəlyana üstünlük verirlər. Halbuki qəlyan çəkdikdə insan orqanizmi daha çox kanserogen maddə qəbul edir, onun qanında dəm qazı 4 dəfə çox olur və xəstəliklərin yaranmasına səbəb olur. Yanlış olaraq bilinən "yüngül" siqaretlərin zərəri əlavə tam verən təhlükəli maddələr qatıldığına görə adi siqaretdən də çoxdur. Siqaret çəkənlər atmosferə külli miqdarda zəhərli maddələr "püskürür" və bu da ətraf mühitə və insanlara təhlükələr yaradır. Nikotinə qarşı yaranmış daimi tələbat insanı əsəb gərginliyindıə saxlayır və bununla da stress hallarını artırır.
Hazırda bütün dünyada tütünlə müxtəlif cür mübarizə aparılır. Tütünlə mübarizənin əsas istiqamətləri bunlar hesab olunur: tütünün reklamının tam qadağan olunması, tütün məmulatlarının vergi və qiymətlərinin artırılması, bütün ictimai və iş yerlərində tütün çəkmənin tam qadağan edilməsi, siqaret qutuları üzərində iri və aydın görünən sağlamlığa zərər barədə şəkillərin yerləşdirilməsi.
Hər bir sahədə olduğu kimi tütünlə mübarizə sahəsində də müəyyən problemlər mövcuddur. Mövcud problemlər tütünlə mübarizəni tam şəkildə həyata keçirməyə imkan vermir. Tütünlə mübarizədə bu cür problemlər mövcuddur : ölkələrin yarısında tütündən istifadəyə dair məlumat yoxdur. Bir çox ölkələrdə qapalı yerlərdə, iş yerlərində siqaret çəkməyə icazə verilir, tütündən asılılığı müalicə edən kompleks xidmətlər dünya əhalisinin yalnız 5%-i üçün əlçatandır. Yalnız 15 ölkədə siqaret qutularının üzərində əyani xəbərdarlığın yerləşdirilməsi üçün ən azı 30% yer ayrılır. Tütün reklamına qoyulan qadağalar tütündn istifadəni 16% azalda bilər. Tütün məmulatlarına qoyulan vergilərin 10% artırılması tütündən istifadəni 8%-dək azalda bilər. Tütün məmulatlarının qiymətlərinin 70% artırılması tütünlə əlaqəli ölüm hallarını 25%-dək azalda bilər. Tütünlə mübarizə hər birimizin gündəlik yaşam tərzimizə çevrilməlidir. Hər bir insan tütünün zərərli təsirini dərk edərək ona qarşı bacardığı qədər mübarizə aparmalıdır. Ölkəmizdə də tütünlə bağlı acınacaqlı hallar mövcuddur. Beləki Azərbaycanda 15-49 yaşlı kişilərin yarısl siqaret çəkir. Siqaretə sərf edilən aylıq adambaşına düşən xərclər 2010-cu ildən 2011-ci ilədək 14% artıb. Ölkəmizdə siqaret çəkənlərin 36.6%-i 10 yaşınadək siqaret çəkməyə başalyıb. Siqaret çəkənlərin 30%-i düşünürlər ki, siqaret çəkənlərin daha çox dostları olur və onlar daha cəlbedicidir. Azərbaycanda 13-15 yaşlı yeniyetmələrin 6.8%-i siqaret çəkir. Məşhur insanlar da tütünün zərərli təsirləri barədə öz fikirlərini söyləyiblər. "Marlboro" siqaretini reklamı ilə məşhurlaşan amerikalı 52 yaşında ağciyər xərçəngindən vəfat edib və ömrünü son günlərində bunları söyləyib: "Məni məhv edən tütün insanların bütün gözəl və xeyir əməllərini külə döndərir".
Azərbaycan xalqının sevimlisi SSRİ xalq artisti Müslüm Maqomayev isə tütün haqqında bunları söyləyib: "Mən ikinci dəfə yaşasaydım yalnız bir şeyi dəyişərdim - mən heç bir halda siqaret çəkməyə başlamazdım".
Sevda Qurbanqızı