Xroniki xəstə yollarımız - ARAŞDIRMA
Bakıdakı tıxac probleminin əlacı varmı?
21 May 2013 15:19 ProblemDemək olar ki, dünyanın bütün şəhərləri bu və ya başqa dərəcədə avtomobil tıxaclarından əziyyət çəkir. Meqapolisə çevrilən Bakıda bu problemdən əziyyət çəkir. Yolların genişləndirilməsi və bərpasına ayrılan diqqət, yeni yol qovşaqlarının, yeraltı keçidlərin tikintisi ilə şəhəri bu problemdən nəinki azad edir, əksinə tıxacların artım tempini dayandıra bilmir. Tıxac problemindən əziyyət çəkən şəhər ərazisinin isə miqyası böyüməkdədir. Şəhərdə tıxac probleminin yaranmasını isə aşağıdakı amillərlə əlaqələndirmək olar:
- aparılan işlər kifayət deyil,
- həyata keçirilən işlər heç də həmişə düşünülmür,
- tıxac probleminin həllinə imkan verəcək bütün imkanlardan istifadə edilmir,
- və ən aydın görünəni - "bir litrlik "butulka"ya iki litr su tökmək olmaz".
Yaranmış vəziyyət şəhərin mərkəzi hissəsini avttomobillərin yüklənməsindən azad etmək üçün tədbirlər planı qəbul etməyə vadar edir. Bu yol əhəmiyyətli dərəcə ictimai nəqliyyatın işini asanlaşdıracaq, onu şəhər sakinləri və qonaqlar üçün daha rahat edəcək və Bakının əsl gözəlliklərini daha yaxşı görmələrinə imkan verəcək. Şəhərin mərkəzi hissəsinin yüklənmədən azad etmək üçün pullu yolların salınması da təklif edilir. Bu təcrübədən Avropanın London və Stokholm kimi mərkəzi şəhərlərində istifadə edilir. Bu təcrübə tarixi memarlıq qoruğu "İçərişəhərdə" müsbət nəticə verib.
Qeyd etmək lazımdır ki, şəhərətrafı bölgə infrastrukturunun daimi inkişafı sakinlərin müxtəlif sahələrdə öz tələbatlarını yaşadığı əraziləri tərk etmədən geniş ödəməyə şərait yaradır.
Bakı şəhər Yol Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov qeyd edir ki, bu gün Bakı şəhərinə 3 istiqamətdən gələn magistral yol mövcuddur. Cənubdan Bakı-Kürdəmir yolu, Qərbdən Bakı-Şamaxı yolu, şimaldan isə Bakı-Quba yolu. Bu yollardan birindən digərinə keçmək üçün mütləq Bakı şəhərinə daxil olmaq lazımdır. O təsdiqləyir ki, paytaxta çatmamış yuxarıda qeyd olunan trassları birləşdirən olduqca yararsız üstü torpaq köhnə yol var. Onu lazımi səhmana nəqliyyat vasitələrə şəhərə girmədən birindən o biri trassa keçmək icazə verər. V.Əsədovun fikrincə, paytaxtda nəqliyyatın hərəkətinin seyrəkləşməsinə regionlarda yeni iş yerlərin açılması imkan yarada bilər. Regionlarda lazımı sayda iş yerlərin mövcudluğu insanların paytaxta axınını əhəmiyyətli dərəcədə azaldar. "Bu gün işi olmayanların çoxu qazanc üçün paytaxya gəlib öz şəxsi maşınları ilə daşınma xidmətlərini göstərmək də görür. Bu isə öz növbəsində onsuz da yüklənmiş hərəkəti sıxlaşdırır", - deyə Vaqif Əsədov bildirib. Bu gün şəhərdə 2-3 mərtəbəli köhnə tikililər olan ərazilər var. Bu tikililər şəhərin baş inkişaf planı çərçivəsində söküləcək. Azad olunmuş ərazilərdə isə müasir tələblərə cavab verən yollar planlaşdırıldıqdan sonra salınacaq. Məhz bundan sonra yeni tikinti işlərinə baxmaq mümkün olacaq. Paralel yolların çəkilməsi imkanları əldən vermək olmaz, çünki bu cür yolların çatışmazlığından əziyyət çəkirik. Bunun nəticəsində hər bir istiqamətdə gedən sürücülər hər bir istiqamətdə gedən əsas yola çıxmaqla üstünlük verir. Çoxsaylı dar, üstü dağılmış yolların istifadəsi əsas magistrallarda tıxac yaranmasına səbəb olur.
Hazırda ali təhsil müəssisələrinin şəhərin kənarına köçürülməsi məsələsi nəzərdən keçirilir.
Köçürülən binaların yerində yeni binalar tikilməsə və hazırkı yolların və yeniləri tikilərsə, bu təqdirəlayiqdir.
Razılaşarsınız ki, insan əvvəldən tərbiyə etmək daha asandır, nəinki daha sonra. Orta məktəblərdə təhsil sisteminə "Yol hərəkəti iştirakçılarının mədəniyyəti" fənninin tədris olunması əvəzolunmaz xidməti olardı.
Bu cür dərsliklərin hazırlanması üçün yol-hərəkəti müfəttişliyinin, sürücülərin və yüksək peşəkar nümayəndələri cəlb etmək olar. Yol-hərəkət iştirakçılarının mədəni səviyyəsi bəzi hallarda bundan daha yaxşı olmasını arzulayır.Sürücü və piyadaların yollarda neqativ davranış faktları bu cür dərsliklərin aktual olduğunu göztəririr.
Yeraltı və yerüstü keçidlərdən söhbət açan V. Əsədov qeyd etdi ki, onların konkret hansısa sahədə tikintisinə başlamazdan əvvəl xronometraj ölçüsü əsasında piyadaların yolu keçdikləri ən intensiv nöqtəsi müəyyənləşdirilməlidir. Bu, qadağan olunan yerlərdə yolu keçən insanların sayını azaldır.
Tıxacların azaldılması üçün istifadə edələn üsullardan biri yol tənzimçilərin fəaliyyətinin bərpa olunması ilə bağlıdır. Yaşlı nəsil "İstiqlaliyyət" (Keçmiş Kommunist) və "Niyazi" (keçmiş Çkalov) küçələrinin kəsişməsində hərəkəti tənzimləyən "starşina" Mazanovu yaxşı xatırlayır. Şəhər sakinlərinin bir çox hissəsi onun işinə tamaşa etməyə gəlirdilər. O, düzgün və dəqiq hərəkətləri ilə maşınların sıx axınını tənzimləyirdi. Bu gün də küçələrdə məcburiyyət qarşısında tıxac olan yerlərdə aşkara çıxan küçə tənzimçiləri imkanlarından daha səmərəli istifadə edilməlidir. Yol hərəkətinin küçə tənzimçilərinin xüsusi köşklərdə işıqforları idarə etmək təcrübəsindən yararlanmaq olar. Əvvəllər "İstiqlalliyyət" və "Hüsü Hacıyev" küçələrinin kəsişməsində bu cür köşklərdən istifadə edilməsini misal göstərmək olar.
Şəhərimizin küçələrində tıxac probleminin səmərəli həllinin olması bütün şəhər xidmətlərinin birgə faəliyyətlərindən asılıdır. Bu məsələ ilk baxışdan bununla bağlı olmaya bilər. Axır nəticə olaraq bütün sakinlər küçədə yol hərəkətinin iştirakçılarıdır. Perspektiv üçün şəhər hökuməti tərəfindən koordinasiya olunan xidmətlərin birgə planı lazımdır. anspress.com