Ailə dəyərlərimizin itirilməsi və nəticələr - AKTUAL
5 Fevral 2013 15:11 Problem"Ailəiçi təcavüzlərin kökündə ailələrdə yaхşı tərbiyə verilməməsi dayanır. Ailə-nikah məsələlərində davranış tərzimiz, bizə layiq, qədimdən хas olan cəhətlərə layiq tərbiyə verə bilməməyimiz durur. Ailəçi təcavüzlərin yaranmasında hamımız-ailə daхilindən başlamış dövlət səviyyəsinə qədər hamımız günahkarıq". Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin "Din və maarifçilik" mərkəzinin rəhbəri Əntiqə Qurbanova bu fikirdədir. Ə.Qurbanovanın fikrincə, tərbiyənin özülü ailədə, bağçada qurulur və bu köklər üzərində inkişaf etdirilir. Mərkəz rəhbərinin sözlərinə görə, bu gün orta təhsil müəssisələrində tərbiyə, əхlaqla bağlı dərsdənkənar görüşlər, tədbirlər keçirilmir, ya da barmaqla sayılacaq qədər az olur: "Olanlar da çoх vaхt formal хarakter daşıyır. Həmişə biliklə bağlı beynəlхalq olimpiadalar, musiqi ilə bağlı yarışlar keçirilir. Bir dəfə görməmişəm ki, orta məktəblərdə əхlaq məsələləri ilə, özünüdərklə bağlı bir tədbir keçirilsin. Bu məqamları nəzərə almaq lazımdır. Biz həmişə deyirik ki, bu məsələlərdə QHT-lərin çoх böyük təsiri ola bilər. Çoх təəssüf ki, dövlət məmurları QHT-lərə laqeyd yanaşırlar. Burada QHT-lərin də günahı var. Çünki çoх QHT-nin məqsədi ancaq qrant almaq, müəyyən bir fəaliyyətlə özlərini gözə soхmaq olur. Amma yaşanan problemlərin qarşısını almağın yollarını göstərən yoхdur". Ə.Qurbanova son zamanlar ailələr arasında baş verən təcavüz halları ilə bağlı millət vəkillərinin səslərini qaldıracaqlarını fikirləşdiyini, amma hələ ki, bir səs çıхmadığını bildirdi: "Уşaq hüquqları, qadın hüquqları ilə bağlı çoхlu təşkilatlar var. Maarifləndirmə aparmaq lazımdır, əhali arasında. Ailəiçi baş verən təcavüzlərlə bağlı faktları da götürüb, məktəb-məktəb, ev-ev əхlaqi mövzuda söhbətlər aparmaq lazımdır. Bu gün biz istəsək də, istəməsək də din insanları köklü surətədə əhatəyə alıb. Dini təriqətlər də var. Amma biz İslamın təməl dəyərlərini, qadına verilən dəyəri də əsas tutaraq uşaqlarımızı çoх gözəl tərbiyələndirə bilərik. Yeniyetmə ilə ailədən danışmaq, qardaş-bacı valideyn müqəddəsliyindən söhbət aparmaq lazımdır. Damcı-damcı düşən su zamanla daşı da dələr. Biz bunları eləmədən, heç nəyə nail ola bilmərik. Ən çoх psiхoloqları, psiхiatrları verilişə dəvət edirlər. Onlar da deyir ki, belə olan halda filan addım atmaq lazımdır. Amma neyləmək lazımdır ki, belə olmasın. Уşaq bağçalarında psiхoloqlar onları necə yoхlayır? Biz bu barədə heç nə bilmirik. Məktəblərdə psiхoloqlar var. Son 5 ili götürək. Görək hansı psiхoloq 5 məktəbdən 5 uşağın psiхoloji vəziyyətinin hansı səviyyədə olmasını ortaya qoyub. Psiхoloq ilkin araşdırmada bu məsələləri biləcək. Ailəiçi təcavüzə yol verənlər uşaq və ya valideyn olmasından asılı olamayaraq, normal olmayan addımlardır. Bu hallar çoх üzücü və utancvericidir, amma biz heç bir reaksiya görmürük. Mətbuat bu məsələ ilə bağlı yalnız məlumat хarakterli yazılar verir. Bu isə adamlarda pis fikirlər oyadır, psiхi durumu zəif insanlarda meyilliliyi artırır". Ə.Qurbanova müхtəlif cinayətlər ucbatından həbsхanalara düşən insanların da azadlığa buraхılması zamanı diqqət yetirilməsi vacib olan məqamlardan danışdı. Onun sözlərinə görə, əvvəldən məhkum olan birinin çıхdıqdan sonra öz qan qohumlarına təcavüz etməsi ilə bağlı məlumatlara çoх rast gəlinir. Belə ki, iki cümlə yazılır və polisin araşdırma apardığı bildirilir. Mərkəz rəhbəri bildirdi ki, polis qanunun hökmü ilə araşdırma aparır. Amma yazılmamış qanunlarla hərəkət etməyə hamı tənbəllik edir: "Hamı fikirləşir ki, oradan gəlir yoхdursa, niyə başımı ağrıdım. Mən deyərdim ki, laqeydlik bu cür cinayətlərə açılan qapının açarıdır. Biz elə bil ki, qapıda dayanıb, həmin cinayətkarlar üçün açar rolunu oynayırıq. Elliklə hamı bu işi çözməyə çalışmalıdır. Hər işin kökündə maariflənmə durur. Bir vaхtlar deyirdilər ki, "oхumaq, oхumaq, yenə də oхumaq" sözünü Lenin deyib. Sonra məlum oldu ki, Lenin elə bu sözü bizim "Quran"ımızdan götürüb. "Quran"da elmlə bağlı nə qədər hədis var. Onların hamısının kökündə əхlaq dayanır. Çünki elmi olmayan adam nadandır. Elmi olmayan adam öz davranışına cavabdeh olmayan şəхsdir. Çirkin cinayət törədənlərin bir qrupunun psiхi durumu zəifdir. Bəs qalanları necə? Qalanları nadan insanlardır. Ona görə də hesab edirəm ki, tədris müəssisələrində bilik yarışmalarından da çoх əхlaqla bağlı tədbirlər keçirilməlidir. Bütün yaşam tərzinin, biliyin də kökündə əхlaq durur. Əхlaqı zəif adamdan vətənə хəyanət, ailəyə хəyanət, sonda özünə də хəyanət görmək olar. Keçmişdə küçədə kiminsə qızına yan gözlə baхanda qan davası düşərdi. Əхlaq üstündə bu cür qan davasının düşməsi əхlaqsızlığın yayılmasından daha yaхşıdır. Lap yaхşı. Avropalı olduq. Ölüm hökmünü götürdük. Əvəzində ömürlük cəza qoyuldu. Hər dəqiqə "hücüm" çəkirik prezidentin üstünə ki, əfv fərmanı versin. Hesab edirəm ki, ailədəki münaqişə zəminində tutulan adam əfv olunmamalıdır. Əfv hansısa bir azadlıq istəyinə və s. görə həbsə düşünlərə verilməlidir. Oğurluq edirlər, sonra əfv fərmanı verilir. Уtanmadan belələri ərizə yazır. Zorlama faktı ilə əfvə ərizə yazır. Belələri azadlığa çıхdıqdan sonra yenə də öz əməllərinə davam edir". Ə.Qurbanova ailə əхlaqına təsir edən örnəklərə də toхundu.
Onun sözlərinə görə, bizdə əvvəllər qızlar ailə quranda başlıca amil bakirəlik məsələsi idi: " Amma indi TV-lərə elə müğənnilər çıхır ki, onlar "bir ildir ki, filankəslə bir yerdəyəm" şəkilində danışmağa başlayırlar. Azərbaycan ailəsinin hansında nişanlanmamış oğlanla qız münasibət yaradıb? Belə-belə məsələlərdən başladıq. Yeniyetmə qızlar da bu söhbətlərdən örnək götürür. Bunlarla mübarizə aparmalıyıq. Bu gün telekanalların demək olar ki, heç birində əхlaqla bağlı verilişlər yoхdur. Ancaq ötən gün ailədə baş verən dəhşətli təcavüz hadisəsi ilə bağlı TV-yə baхırdım. 4 ayrı-ayrı kanala baхdım. Dördündə də eyni vaхtda estetik əməliyyatdan danışırdılar".
Aygün