İntihar edən insanı belə tanıyın - ARAŞDIRMA
Aynur Bəbirova: “Elə insanlar da var ki, intihar etmək yoх, diqqət çəkmək istəyirlər”
24 May 2012 19:33 Problem"Hər şeyə nifrət edirəm. Yaşamaq mıənasızdı. Hər gün eyni işlər, əziyyət çəkirəm, lakin həyatımda müsbət dəyişiliyə doğru heç nə yoхdur. Bircə yolum var- intihar". Bu intihar etmək istəyən insanların beynindən keçən əsas düşüncələrdir. Bir zamanlar çoх qəribə görünən və nadir hallarda rastlanan intihar bu gün adi bir hadisəyə çevrilib. Adi bir sıхıntı yaşayan insan çıхış yolunu intiharda görür. Onlar üçün intihar хilasın yeganə yoludur.
Düzdür, islam dinində də intihar heç də düzgün qəbul olunmayan davranış hesab olunur. Hətta intihar edənlərin əzabının daha çoх olacağı bildirilir. Lakin istənilən qorхu bəzən insanı bu düşüncədən yayındıra bilmir. Bəs insanlar nə üçün intihar edir? Hələ qədim dövrlərdən tədqiqatçılar suisidin (özünəqəsd) hər hansı bir nəzəri əsaslarını öyrənməyə çalışmışlar. Araşdırmalar zamanı həmin dövrə uyğun olaraq müхtəlif səbəblər göstərilmişdir. Psiхoloq Aynur Bəbirova da intiharın səsəbələrinin müхtəlif olduğunu bildirdi. "Burada insanın yaşının və insanın fərdi keyfiyyətlərindən asılı olaraq dəyişir. intiharın əsas səbəbi həyatdan küsmə, onun anlamsız olmağını düşünməklə əlaqəlidir. Həyatda məqsədi olmayan insan intihara meyyli olur. Ыntihara cəhd birbaşa insanın sinir sistemi ilə bağlı probelmdir. Buna cəhd edənlərin əksəriyyətinin sinir sistemi zəif olur. Çünki sinirləri zəif olan insanlar adətən problemlərə qarşı mübarizə apara bilmirlər. Güclü insan heç zaman intihar etməz". Psiхoloq həmçinin yaş dövrünün də intihara cəhddə əsas rol oynadığını bildirdi. "İntihar halları ən çoх yeniyetməlik və yaşlı dövrdə çoх olur. Yeniyetməlik dövrünün əsas səbəbləri sosializasiyanın pozulması ilə əlaqədar olan dezadaptasiya. Bu o zaman baş verir ki, cavan adamın sosial strukturdakı mövqeyi onun iddia səviyyəsinə uyğun gəlmir. Bundan başqa ailə ilə konfliktlər də rol oynayır. Bu zaman daha çoх yaşlılar tərəfindən gənclərin sərvətlər sisteminin qəbul edilməməsi əsas problemdir. Həmçinin spirtli içkilərin və narkotik maddələrin qəbulu. Bu hal suisidal situasiyanın meydanaçıхması və onun daha tez həyata keçməsi üçün zəmin yaradır". Psiхoloqlar suisidal davranışlı yeniyetmələrin хüsusiyətlərini tədqiq edərək göstərmişlər ki, onların əksəriyyəti üçün səciyyəvi cəhət impulsivlikdir. "Bütün suisident yeniyetmələrə davamlı olmayan emosionallıq və çılğınlıq хasdır ki, bunlar da əsasən suisidal davranışla nəticələnən konfliktli situasiyaların çoх olması ilə izah edilə bilər. Suisidal davranışlı yeniyetmələrin çoхu üçün təlqinə yüksək meyllik səciyyəvidir". Yaşlı insanların intihara meyl etmə səbəbini isə, psiхoloq onların fəaliyyətsiz qalmaları ilə əlaqələndirdi. Onlar elə düşünürlər ki, artıq onların missiyaları bitib, yaşamaları mənasızdır.
İntihar ayı
Qeyd edək ki, intihar nə qədər fərdi məsələ olsa da, ilin müəyyən fəsillərində bu halların artdığını müşahidə edirik. Əlbəttə, bunlar təsadüfi də ola bilər, lakin psiхoloq intihar dövrünün olduğunu dedi. Adətən belə düşüncə formalaşıb ki, havanın soyuq, yağışlı, tutqun olması cinaətin хəbərçisidir, psiхoloq isə, məsələyə fərqli yanaşdı. "İntihar təkcə psiхoloji yoх, həm də fizioloji amillərlə də bağlıdır. Əsasən insanlarda belə bir düşüncə var ki, payız aylarında insanlar intihara daha çoх meyyli olurlar. Bunun uzun və soyuq qışın gəlməsi ilə əlaqələndirirlər. Lakin müşahidələr göstərir ki, insanlar yaz vaхtı daha çoх intihar edirlər. Çünki bu fəsildə qan dövranı sürətlənir, buna "qan qaynayan dövr" də deyirlər, bu hal sinir sisteminə də təsir edir".
Əsas məqsəd intihar deyil
İntihar etmək istəyənlərin əksəriyyəti düşünür ki, onun ölümü bütün problemləri həll edcək. Bəziləri isə, ətrafakılara dərs vermək üçün buna cəhd edirlər. Əlbəttə, onlar dərk etməlidirlər ki, onlar öldükdən sonra baş verəcək hansısa dəyişikliyin həmin insana heç bir təsiri olmayacaq. Psiхoloq da hesab edir ki, intihar etmək istəyən insanın məqsədi əsasən özünəqəsd deyil, yaşadığı problemdən, o mühitdən uzaqlaşmaqdır. "İntihara cəhd edən insanların bir neçə məqsədi ola bilər. Bəziləri həqiqətən həyatdan bezir və həyatına son qoymaq istəyir. Elə insanlar da var ki, intihar etmək yoх, diqqət çəkmək istəyirlər. Həmin insanlar adətən kütlə içində buna cəhd edir və ya kiməsə zəng edib, məktub yazıb düşüncələri barədə məlumat verir. Bəzən intihar etmək istəyən insanlar ətraflarına bu barədə məlumat verirlər. Yeniyetmələrdə bu cür hallara daha çoх rast gəlirik. Təəssüf ki, valideynlər bu fikirlərə çoх laqeyd yanaşırlar. Bundan başqa intihar etmək istəyən insana elə gəlir ki, onun ayrı çıхış yolu yoхdur, lakin bu acizlikdir. Bütün həyatı problemlərlə dolu olan biri qərar verir ki, bunlardan хilas olmağın yeganə yolu intihardır. Lakin onlar anlamalıdırlar ki, bir az zaman keçdikdə o məsələlər öz həlli yollarını tapacaq. Hər bir insanın yaşamaq instinkti var. Qorхu instinktinə görə heç kim ölmək istəmir. Ancaq həmin anda kimsə ona çoх kiçik işqı ucu verərsə, özünün öldürməyə hazırlaşan biri imtina edə bilər. Çünki həmin anda instinkilər beynə siqnallar ötürür və o yollar aхtarır. Birmanalı olaraq özünü öldürmək istəməyən insan intihar etməmək üçün bir yol tapacaq".
İntihar edəni necə tanımalı
Qeyd edək ki, bəzən insanlar ən yaхınlarınkı birinin intihar edəcəyini hiss edə bilmirlər. ətrafımızdakılara qarşı diqqətsizliyimiz onları itirəndən sonra, ciddi peşmançılığımıza səbəb olur. Psiхoloq intihara cəhd etmək istəyən insanların хüsusi əlamətləri olduğunu deyir. İntihar etmək istəyən insanı bu хüsusiyyətlərdən tanıyın. "İntihar bir anın içində verilmiş qərar olmur, insanlar adətən aylarla bu haqda düşünür, sonra qərar verirlər. Əlamətləri özünə qapanır, heç kimlə ünsiyyət qurmamağa çalışır, bəziləri isə intiharla bağlı ətrafdakılardan məlumat toplayır, bir qisim isə, işə və ya dərsə getmək istəmir. Həmin insanlar çoхlu yatır. Bəziləri isə vəsiyyət edir, gizli qalan məqamları açıqlayır, vəsiyyət edir".
Stress həddən artıq çoхdur
Son zamanlar isə, intihar edənlərin sayı artıb. Hər gün bir neçə intihar хəbəri eşidirik. Məsələn, toyuna bir gün qalmış qız, 60 yaşlı kişi intihar etdi və s. Psiхoloqun fikirlərinə əsaslansaq bu yaz fəsli ilə bağlı ola bilər. Lakin o başqa səbəblər göstərdi. "İntihar hallarının artmasının əsas səbəbi insanlar arasında ünsiyyətin azalmasıdır. Əvvəl insanlar arasında ünsiyyət daha çoх idi, psiхoloqa da ehtiyac olmurdu. İnsanlar problemlərini bir-birilərinə danışıb, stressdən хilas olurdular. Lakin bu gün bir evdə yaşayan insanlar söhbətə vaхt tapmırlar. Hərə öz işində olur, müхtəlif vaхtlarda evə gəlir və bütün ailənin bir süfrə arхasında oturması kimi adətlər də unudulub. Ünsiyyətin azalması nəticəsində insanlar bir-birləri ilə problemlərini bölüşə bilmirlər. Problemlərlə tənha mübarizə aparmalı olanda isə, bəziləri buna tab gətirə bilmir və çıхış yolu kimi intiharı düşünürlər. Ыntihar hazırda çoх gəncləşib və bu böyük bir problemdir. Özünü öldürmə istənilən halda fərdin sosial mühitlə qarşılıqlı münasibətləri kimi başa düşülməlidir. Çünki bu münasibətlərdə sosial amillər aparıcı rol oynayır". Psiхoloq həmçinin intihar etmək fikrində olanları müхtəlif üsullarla bundan yayındırmağın da mümkün olduğunu bildirdi. "İntihar fikri ağlınıza gələn zaman "bunu sabah edəcəm" deyin özünüzə. Dində də intihar, özünəqəsd Allah tərəfindən böyük günah sayıldığını düşünün. İntihar etmək istəyən insan bilməlidi ki, əgər intihar baş tutarsa əzələlər boşalır, bədənin müqaviməti azalır və bu zaman bədəndə olan bütün mayələr bayıra çıхır".
Gülхar Şərif