Avtobusların xətdən çıxarılması sərnişinlər üçün əlavə problem yaradıb - AKTUAL

“Xalturşiklər” yaranmış vəziyyətdən sui-istifadə edirlər

Ölkənin nəqliyyat infrastrukturunun inkişafı istiqamətində görülən tədbirlər heç bir səmərə verməyib. Son illər ərzində müasir tələblərə cavab verən  yolların çəkilməsinə, ölkəyə yeni iritutumlu avtobusların gətirilməsinə, ən nəhayət intellektual idarəetmə sisteminin quraşdırılmasına baxmayaraq hələ də insanlar sərnişindaşıma ilə əlaqədar əziyyət çəkməkdədir. Xüsusən, respublikada sərnişindaşıma sahəsindəki problemlər uzun illərdir ki davam etməkdədir. Yolların genişləndirilməsi, dairəvi magistral yolların çəkilməsi də sözügedən problemin həllində əhəmiyyətli rol oynaya bilməyib. Vəziyyət o həddə çatıb ki, artıq paytaxt Bakıda avtomobillə hərəkət mümkünsüz olub. Yəni, uzun-uzadı tıxaclarda saatlarla qalmaq  paytaxt sakinlərinin gündəlik həyat tərzinə çevrilib. İş orasındadır ki, sərnişindaşıma sahəsindəki problemlərin aradan qaldırılması istiqamətində görülən tədbirlər də müsbət nəticə vermir. Əksinə belə addımlar insanlar üçün əlavə problemə çevrilir. Sözügüdən prosesə "işbazlar"ın da müdaxiləsini əlavə etsək, vəziyyətin nə qədər acınacaqlı olduğunu görmək elə də çətin olmaz. Son günlər sərnişinlərin ən çox üzləşdikləri problemlərdən biri də avtobusların xətdən çıxarılmasıdır ki, bununla insanlar ikiqat əziyyətə düşmüş olur. Bu əziyyət həm mənzil başına çatmaq, həm də maddi vəziyyətə mənfi təsiri ilə müşayət olunur. Məlumat üçün qeyd edək ki, artıq Bakıətrafı kənd və qəsəbələrdən şəhərə gələn bir sıra avtobus xətdən çıxarılıb.  Məlumata görə, ilkin olaraq 18 xətt üzrə 83 avtobusun mərkəzə hərəkətinə qadağa qoyulub. Bu isə istər-istəməz vətəndaşların narahatcılığına səbəb olub. Əvvəla onu qeyd edək ki, indı Bakıətrafı kənd və qəsəbələrdən şəhərin mərkəzinə gəlmək üçün vətəndaşlar iki avtobus dəyişmək məcburiyyətində qalıblar. Belə ki, avtobusların sayı azaldığından sərnişinlər "Koroğlu", yaxud "Azadlıq prospekti" metrostansiyasına bir, oradan isə şəhərə digər avtobusla getmək məcburiyyərində qalır. Yaxud, Suraxanıdan "Neftçilər" metrosuna gəlmək üçün əvvəlcə Bakıxanov qəsəbəsinə, oradan isə metroya getmək lazım gəlir. Bu isə vətəndaşlar üçün əziyyətlə yanaşı, əlavə xərc deməkdir. Nəzərə alsaq ki, Bakıətrafı kəndlərə gediş haqqı məsafdən asılı olaraq 30-70 qəpik arasında dəyişir, onda  iki avtobus dəyişməklə sərnişinlərin şəhərin mərkəzinə gəlib geri qayıtması 0,60-1,40 manata başa gəlir. Onu da qeyd edək ki, Tarif Şurasının qərarının olmamasına baxmayaraq, Bakıətrafı qəsəbələrə  gediş haqqı özbaşına qaldırılıb.
   Havaların soyuması mövcud problemləri bir az da qəılizləşdirib. Belə ki, avtobusların sayının azalması təbii ki, onlar arasındakı intervalın da uzadılması ilə nəticələnib. Yəni, əvvəl avtobus on dəqiqədən bir xəttə düşürdüsə, indi bi interval on beş dəqiqəyə çatdırılıb. Yağış yağması səbəbindən yolların sürüşkən olması, üstəlik günün istənilən vaxtında tıxacın mövcudliğu  bu intervalın iki dəfə uzanmasına səbəb olur. Deməli, cərnişinlər istənilən halda avtobusa minmək üçüm ən azı 20-30 dəqiqə gözləməli olurlar. Nəticədə Bakıətrafı kənd və qəsəbələrdən saat 9-da işə çatmaq mümkünsüz olub.
  Eyni vəziyyət regionlara gedən avtobuslarda da baş verməkdədir. Məlum olduğu kimi istirahət və bayram günlərində payonlara gedən sərnişinlərin sayının artması müşahidə olunur. Belə halda  rayonlara gedən avtobusların sayının azalması sərnişin sıxlığının yaranmasına səbəb olur. Demək olar ki, hər həftəsonu respublikanın bütün istiqamətinə hərəkət edən avtobus xətlərində eyni problem yaşanmaqdadır. Havaların soyuması isə əlavə çətinliklərin üzə çıxmasına şərait yaradır. Belə vəziyyətdə ümumiyyətlə sərnişindaşınma üçün müəyyən olunmuş qrafikdən danışmağa dəyməz. Çünki, soyuq havada nəzarətçilərin özləri isti yer axtarırlar. Avtobus xətlərinə "xalturşiklər"in girməsi isə məsələni daha da qəlizləşdirir. Yaranmış vəziyyətdən sui-istifadə edən "işbazlar" gediş haqqını süni şəkildə qaldırılar. Nəticədə vətəndaşlara maddi və mənəvi zərər dəymiş olur.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31