“Azercell”in müştəri xidməti tam çökdü - PROBLEM
Mobil operator iflic oldu, abunəçilər bir sutkadı problem yaşayır
21 Sentyabr 2012 15:13 ProblemAzərbaycanın mobil operator bazarında bir müddət hegemonluq edən "Azercell" şirkəti növbəti dəfə abunəçilərə problem yaşadıb. Bu barədə "OLAYLAR"a abunəçilər məlumat verib. Məlumata görə, sentyabrın 20-i axşamdan etibarən "Azercell" abunəçiləri telefon danışıqları istisna olmaqla mobil operatorların heç bir xidmətindən istifadə edə bilmir. Şirkətin sistemi tam qarşıb və abunəçilərə xidmət göstərə bilmir. Şirkətin müştəri xidmətləri də fəaliyyətini tam dayandırıb. Abunəçilər deyirlər ki, sentyabrın 20-si axşamdan başlanan problem hələ həllini tapmayıb. Hətta abunəçilər telefon nömrələrinə adi kontur da yükləyə bilmir.
Məsələ ilə bağlı abunəçilər "Azercell"in müştəri xidmətlərinə müraciət etsələr də, onlar da yaranmış problemin həllində aciz olduqlarını deyiblər. Müştəri xidmətindən bildiriblər ki, şirkətin şəbəkəsində problem yaranıb və qısa müddətdə problem aradan qaldırılacaq. Amma hadisədən bir sutkadan artıq vaxt keçməsinə baxmayaraq abunəçilər hələ də problem yaşayır.