HHQ bölmələri ilə paraşüt hazırlığı üzrə məşqlər keçirilir
6 Sentyabr 2018 12:22 Ordu2018-ci il üçün hazırlıq planına uyğun olaraq Hərbi Hava Qüvvələrinin bölmələri ilə paraşüt hazırlığı üzrə məşqlər keçirilir. "OLAYLAR" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, məşqlər zamanı şəxsi heyət tərəfindən paraşüt tullanışları üzrə müxtəlif tapşırıqlar yerinə yetirilir. Məşqlərin keçirilməsində əsas məqsəd şəxsi heyətin paraşüt tullanışları vərdişlərinin təkmilləşdirilməsi, həmçinin onların döyüş və xüsusi hazırlıq səviyyəsinin daha da artırılmasıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31