Ordumuzun təlimlərində gecə vaxtı döyüş atışları keçirilib
5 İyul 2018 18:13 OrduAzərbaycan Ordusunun genişmiqyaslı təlimlərinin gecə vaxtı döyüş atışlı mərhələsi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Ölkə.Az"a verilən məlumata görə, bu mərhələdə qoşunlar şərti düşmənin bütün hədəflərini məhv edərək tapşırıqları uğurla icra ediblər.
Gecə vaxtı və məhdud görmə şəraitində keçirilən təlimlərdə iştirak edən motoatıcı, tank, raket-artilleriya, zenit-raket bölmələri, eləcə də aviasiya vasitələri döyüş atışlarını dəqiq və peşəkarlıqla yerinə yetiriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31