Metro qatarlarında milli musiqilərimiz Səsləndirilir

 18 sentyabr-Milli Musiqi Günü ilə əlaqədar olaraq “Bakı Metropoliteni” öz ənənəsini davam etdirir. Səhmdar Cəmiyyətdən “OLAYLAR”-a bildirilib ki, qatarların xüsusi qrafik üzrə daxil olduğu “Bakmil” stansiyası istisna olmaqla qatarlar hər stansiyaya məhz milli musiqimizin müxtəlif janrlarından ibarət parçalarla daxil olur.

18 sentyabr-Milli Musiqi Günü ilə əlaqədar olaraq "Bakı Metropoliteni" öz ənənəsini davam etdirir. Səhmdar Cəmiyyətdən "OLAYLAR"-a bildirilib ki, qatarların xüsusi qrafik üzrə daxil olduğu "Bakmil" stansiyası istisna olmaqla qatarlar hər stansiyaya məhz milli musiqimizin müxtəlif janrlarından ibarət parçalarla daxil olur. İstər muğam, istər xalq mahnısı, istər mahnı janrı, istərsə də klassiklərimizin əsərlərindən olan bu musiqi parçaları hətta hər bir stansiyanın atributuna çevrilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31