“Avroviziya-2020” təxirə salındı

"Avroviziya-2020" musiqi yarışması növbəti il keçiriləcək. 

Bununla bağlı müsabiqənin təşkilatçıları məlumat yayıb. 

Bildirilib ki, koronavirusla əlaqədar müsabiqə gələn ilə qədər təxirə salınıb:

"Müsabiqə gələn il Rotterdamda yeni nömrələr və yeni mahnılarla keçiriləcək. Qaydalara uyğun olaraq, iştirakçılar bu il təqdim etdikləri mahnıları ifa edə bilməyəcəklər. Ancaq iştirakçılar arasında dəyişiklik olmayacaq".

oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31