“Bazar tutmaq istəyən yazar qurşaqdan aşağı gedir”

Müsahibimiz tanınmış tənqidçi, tərcüməçi Cavanşir Yusiflidir

-Yaxşı yazıb-yazmasından asılı olmayaraq hamı ədəbiyyata gəlmək istəyir. Sizin dilinizlə desək "Ədəbi prosesdə tıxac problemi var". Bu kimi "tıxac"ların qarşını almaq üçün hansı tədbirlər görülməlidir?

-Sualdan bir balaca kənara çıxaq. Bilirsiniz, nəqliyyat sistemində, belə deyək trafikdə tıxaclar ola bilər. Bu təbiidir. Bu kimi tıxacların qarşısını almasan, maşınlar bir-birinin üstünə çıxar, aləm qarışar bir-birinə, yəni çox gözlənilməz proseslər bilər. Amma ədəbi prosesdə tıxac problemini mən siz dediyiniz mənada yox, tamam başqa mənada işlətmişəm. Mən orda demək istəməmişəm ki, insanlar durmadan ədəbiyyata gəlir, gəlsinlər, burda elə böyük bir problem yoxdur. Onların qarşısını almaq, arzularını boğmaq düzgün deyil, belə bir hal çox gülünc görsənər. Tıxac problemi ona görədir ki, yəni elə bir ortam, şərait yaranıb ki, ağız deyəni qulaq eşitmir. Həm də tıxac sözündə də adamların, yazıların, ovqatların bir-birinə dirənməsi yox, ümumiyyətlə ədəbi prosesdə yaranan o qarmaqarışıq proses nəzərdə tutulur. Tematikanın olmaması, problematikanın olmaması, nədən yazmaq zərurətinin ümumiyyətlə aradan qaldırılması və sadəcə heç nəyə görə yazmaq.

-Bəzən elə olur ki, bir tanınmış tənqidçi, əsərləri dünyanı dolaşan bir yazıçı ilə ondan qat-qat zəif yazan və bir o qədər də nəzərə çarpacaq qədər yaradıcılığı olmaq bir yazıçını müqaisə edir. Bu kimi təndiqçilərin ədəbiyyata bu cür "demokratik" münasibəti zəif əsərlərin də təbliğinə yol açır. Bu "demokratiya"dan çıxış yolunu nədə görürsünüz?

-İndi elə dövrdür ki, sənin illər boyu əxz elədiyin nəzəri biliklər, üstəgəl təcrübə çünki sən prosesin içindəsən, necə yazmağı bilirsən. Burda bir sıra kriteriyalar, meyarlar var ki, məsələn, bundan belə bir çıxarış etmək istəyirəm ki, bu təhlil prosesində hər bir əsərdə hər bir tənqidçinin, ədəbiyyatçının öz yanaşma metodu var. Yəni elə bir tənqidçi ola bilər ki, o tutaq ki, filan əsərdən bəhs edəndə yeri gəldi gəldi gəlmədi Tolstoy, Dostoyevski və başqalarının adlarını salır dövriyyəyə. Bəzən görürsən ki, təhlilə o qədər kənar şeylər daxil olur ki, əsas məsələ, hansı ki, sən bu əsəri təhlil etməliydin, bu əsərdən çıxış etməliydin, o qalır, üzə çıxmır. Ona görə də bu təhlil metodlarını düzgün seçmək lazımdır. Analitik yanaşmaq lazımdır. Məsələn, sən əgər Anarın "Otel otağı" əsərindən yazırsansa, bilirsən ki bu əsər gözəl əsərdir, dünya standartlarına cavab verir. Sən bu əsərin təhlilində bir neçə yol seçə bilərsən. Həmin o bildiyin müqaislərlə müqaisə edib, keyfiyyəti üzə çıxara bilərsən birdəki, sən diqqətini cəlb etməklə, təhlilin içinə girməklə bu işi yekunlaşdıra bilərsən. Bütün hallarda bir kriteriya, meyar olmalıdır. Həmin o təhlillərdəki meyarsızlıq geriyə inkişafa aparır. Yəni, insanlar yaşlayır, təcrübə artır, nəticə nədən ibarət olur? Nəticə ondan ibarət olur ki, metod yenilənmir, mükəmməl olmur.

-Gənc yazarların əsərlərindən aldığınız təəssürat sizdə "ədəbiyyatımız gələcəyi etibarlı əllərdədir" fikrinə ümid yaradırmı?

-Ədəbiyyat haqqında demək olmaz ki, bu estafet etibarlı əllərdədir, əllərdə deyil. Çünki ədəbiyyatla məşğul olan adamlar bunu müəyyən dövrlərdə eşitməmiz olmazlar. Yəni, biz ədəbiyyatın taleyini müəyyənləşdirə bilmərik. Sizin dediyiniz şəkildə müəyyən edə bilmərik. Bu çox mürəkkəb prosesdir. Bir həqiqət də var ki, əgər bir ədəbiyyatın fundametində, özülündə yaxşı hisslər, yaxşı ideyalar varsa onlar zamanında davam etdirilir, hiss olunaraq və hiss olunmadan. Yəni bayaq dediyim kimi asılı olmayaraq ki, əsərlər pisdir, ya da əsəbi proses calı təsir bağılşayır. Bütün hallarda bu proses gedir. Həmin o ideyalar, fikirlər, nəsildən-nəsilə, əsrdən-əsrə ötürülür.

-Dünya ədəbiyyatından bir çox əsəri dilimizə çevirmisiniz. Bir tərcüməçi kimi tərcümə ədəbiyyatının çağdaş vəziyyət ilə bağlı nə deyə bilərsiniz?

-Yaxınlarda cənab prezidentin fərmanı ilə Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi yaradıldı. Hələ onlar fəaliyyətlərini qururlar, bir şey demək mümkün deyil. Belə bir qərarın verilməsi də bizdə olan vəziyyətlə bağlı idi ki, bu da bu vəziyyəti normallaşdırsın. Aşağıdan yuxarıya doğru tərcümə prosesi arasıkəsilməz, davamlı bir prosesdir. Hamı da görür ki, tərcümənin vəziyyəti necədir, xüsusilə də bədii tərcümənin. Allah tərəfi demək lazımdır ki, son zamanlar həm maraq artıb bu sahəyə, həm diqqət artıb, həm də ləng şəkildə olsa olunan tərcümələrin keyfiyyəti yaxşılaşmağa doğru gedir. Mexanizmi elə qurmaq lazımdır ki, bunların halqaları axsamasın.

-Hər hansı bir yazıçı bir əsər qələmə alanda onun hansı cərəyana aid olmasına fikir vermir. Lakin bəzən də elə əsərlər olur ki, bunlar sırf hansısa cərəyana söykənib yazılır. Hansı yanaşma daha doğrudur?

-Bunu mən dəqiq şəkildə deyə bilmərəm. O əsərlər normal əsərlərdir ki, məs, şeiri götürək. Əgər sən o şeirin içinə dalmasan, o bataqlığn içinə girməsən, ordakı mənanı, ordakı işığı necə tapıb çıxara bilərsən?. Elə əsərlər olur ki, onları qələmə alanda sənin hansısa cərəyanı seçməyə macalın qalmır, imkanın olmur. O adamlar ki, o imkanı da tapırlar o bir az mənə çatmır. Mən istəyirəm yatıb, səhər duranda realist bir əsər yaradım. O metod qabaqcadan seçilmir. Əsas odur ki, yazılan əsər sənin təsəvvüründədir. Bu riyaziyyat deyil, fizika deyil, ədəbiyyatdır - bədii təfəkkürün məhsuludur.

-Gənc yazarların əsərlərində daha çox pornoqrafiyaya doğru meyillənmələr var və onlar da bunu real həyat təsvirləri ilə, realizmlə bağlayırlar. Sizcə bu meyllənməni nə ilə bağlamaq olar? Realizmin inkişafı ilə, müasirləşməklə, yoxsa mövzu azlığı ilə?

-Bu insanların dünya duyumu ilə bağlı olan bir şeydir, zəmanəylə bağlı olan bir şeydir. Məsələn, o erotik, pornoqrafik hallar bütün dövrlərdə əsərlərdə olub. O erotika deyilən şeylər bizim mahnılarda, bayatılarda da var. Lakin onu çılpaq şəkildə işlətmək olmaz. İnsan bir tamdır, həyatı tam görür. Erotik bir filmə baxana əxlaqsız demək olmaz, həmçinin erotik bir əsəri oxuyan insana. Ədəbiyyatda məsələnin bədii həlli deyilən bir şey var. Yəni sən bunu bacarırsan ya yox? Primitiv şeyi bacarmayan bəzi insanlar da belə lövhələrdən, hallardan çılpaq şəkildə istifadə edərək bazar tapmağa çalışırlar. Məs, Anarın "Beş mərtəbəli evin altıncı mərtəbəri" əsərində də müəyyən qədər belə səhnələr var. Anar müəllim bunları çox ustalıqla təsvir edərək, çərçivəni qoruyub saxlayır. Bəzən mənim yanıma insanlar gəlir və onlar burda gənc yazarların əsərlərini oxuyub vaysınırlar ki, bu necə olan şeydir?. Əvvəllər belə şeylər yox idi. Əlibala Hacızadənin də əsərləri milyon tirajlarla satılırdı, amma orada belə açıq-aşkar səhnələr yox idi. Son zamanlar bazar tutmaq istəyən yazarlarda bir növ qurşaqdan aşağı getmə halları baş verir ki, bu da sonradan birmənalı qarşılanmır.


Yeqzar Cəfərli
[email protected]

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31