Süni intellekt bəşəriyyətin məhvinə gətirib çıxara bilər - Mask

Süni intellektin inkişafı "Terminator" filmində olduğu kimi bəşəriyyətin məhvinə gətirib çıxara bilər.

Olaylar.az xəbər verir ki, bu barədə Amerikalı milyarder, "SpaceX" şirkətinin sahibi İlon Mask danışıb.

"Biz hər şeyin "Terminator" filmindəki kimi başa çatmasını istəmirik. Cin Roddenberrinin "Ulduz yolu" filmindəki kimi bitməsini istəyirik", - deyə Mask bildirib.

O qeyd edib ki, onun "Neuralink" şirkəti beyin implantlarının hazırlanması zamanı süni intellekt təhlükəsizliyi prinsiplərinə riayət edir. Sahibkarın sözlərinə görə, tədqiqatlar zamanı "insan və süni intellekt simbiozu" yanaşmasından istifadə olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31