Bakı Fond Birjası ilə Pakistan Milli Klirinq Şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
19:11 İqtisadiyyat"Bakı Fond Birjası" QSC (BFB) və Pakistan Milli Klirinq Şirkəti (NCCPL) arasında Anlaşma Memorandumu (MoU) imzalanıb.
Olaylar bu barədə BFB-yə istinadən xəbər verir.
Sənədi BFB-nin İdarə Heyətinin sədri Ruslan Xəlilov və NCCPL-ın Baş İcraçı direktoru Naveed Qazi imzalayıblar.
"Memorandumun əsas məqsədi Mərkəzi Qarşı Tərəf (CCP) əməliyyatları və əlaqəli bazar infrastrukturları sahəsində əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı bilik və təcrübə mübadiləsinin təşviqi, eləcə də texniki potensialın gücləndirilməsidir.
Bu əməkdaşlıq çərçivəsində tərəflər kapital bazarları infrastrukturunun inkişafı istiqamətində birgə təşəbbüslərin həyata keçirilməsi imkanlarını da nəzərdən keçirəcəklər.
Bu addım beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi və yerli kapital bazarlarının daha da inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır", - məlumatda qeyd edilib.