“Bəzi qeyri-hökumət təşkilatları təsir altına düşür” - MÜSAHİBƏ

Azay Quliyev: “ Belə halda onların müəyyən maraqları olur. Təəssüf ki, bu maraqlar Azərbaycanın ümumi maraqlarına xidmət etmir”

ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan Haqları və Əmək Bürosu Moldova, Türkiyə və Azərbaycanda fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatları üçün qrant müsabiqəsi elan edib. Qrant müsabiqəsində qalib olmaq istəyən QHT-lər demokratiya, insan haqları, korrupsiyaya qarşı mübarizə, vətəndaş cəmiyyətinin güclənməsi yönündə layihələr təqdim etməlidir. Məlumata görə, Azərbaycanda fəaliyyət göstərən QHT-lərə vəsait ayrılmasında məqsəd ölkədə vətəndaş cəmiyyətinin rolunu gücləndirməkdir. Məsələ ilə bağlı Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin mövqeyini öyrəndik. 
- Azay müəllim, ABŞ Beynəlxalq İnkişaf Agentliyi mütəmadi olaraq Azərbaycanda fəaliyyət göstərən müxalifətyönümlü qeyri-hökumət təşkilatlarına qrant ayırır. Sizcə, bu məsələdə hansı özəl maraqlar var və QHT-lər arasında ayrıseçkiliyin edilməsinin kökündə hansı amillər durur?
 - Əslində bu məsələ həmişə gündəmdə olub. Təəssüflər olsun ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyi belə layihələri həyata keçirən zaman şəffaflıq və aşkarlıq prinsiplərinə riayət etməyib. Bu dəfə də elan edilən proqramın mahiyyətinə baxsaq görərik ki, burada da həqiqətən əvvəlki ənənənin davamı görsənir. Əgər bu layihələr gizli şəkildə həyata keçiriləcəksə, xüsusulə müxalif kəsimin maliyyələşdirilməsini təmin edəcəksə, bu, əlbəttə yolverilməzdir. Ona görə ki, Azərbaycan tərəfi həmişə bu cür layihələrin açıq və şəffaf həyata keçirilməsinin tərəfdarı olub. Heç bir zaman xaricdən daxil olan layihələrin icrasına maneəçilik törətməyib. Amma keçmiş təcrübə göstərir ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin bir çox proqramlarında bu hal gözlənilmir. Bir müddət öncə Milli Demokratiya İnstitutunun fəaliyyəti ilə bağlı yaşanan hadisələr hamımızın xatirindədir. Bu hadisələr zamanı bir daha bəlli oldu ki, Milli Demokratiya İnstitutu qeyri-şəffaf şəkildə fəaliyyət göstərir və bir çox hallarda Azərbaycan qanunlarına riayət etmir. Yaxud, ABŞ-ın "Gimomik" deyilən başqa bir proqram var ki, həmin proqram çərçivəsində 20-yə yaxın qeyri-hökumət təşkilatı seçilib, onların potensialının artırılması layihələri həyata keçirilir. Təsəvvür edin ki, bu proqramı bir ildən çoxdur ki, başlanıb, hələ də həmin qeyri-hökumət təşkilatlarının kimliyi barədə məlumat verilməyib. Belə halda sual olunur, nədən bunu gizlədirsiniz? 
- Xarici donorların Azərbaycan QHT-lərinə bu cür yanaşma metodu nə dərəcədə qəbulolunandır?
- Hesab edirəm ki, bu çox yanlış yanaşmadır, istənilən halda belə layihələr cəmiyyət üçün açıq olmalıdır. Bu baxımdan düşünürəm ki, ABŞ -ın Beynəlxalq İnkişaf Agentliyi Azərbaycanda vətəndaş cəmiyyəti sahəsində gördüyü işlərdə səmimi, şəffaf olmalıdır. Layihələr elə formada həyata keçirilməlidir ki, ondan Azərbaycan ictimaiyyəti faydalansın. Amma bu cür gizli proqramlar həyata keçirilirsə, ən adi məlumatlar ictimaiyyətdən gizli saxlanılırsa, əlbəttə bu zaman ciddi suallar meydana çıxır, Burada məqsdə nədir və niyə bunlar gizli fəaliyyət göstərir? Bütün hallarda mən bunu yanlış bir yanaşma hesab edirəm və bunun faydasının olmayacağını düşünürəm. 
- Belə məlum olur ki, xarici donorlar vətəndaş cəmiyyətlərini öz təsirləri altına salmağa cəy göstərirlər. Hesab etmirsiniz, hazırki şəraitdə xarici donorların təsiri altında olan QHT-lər mövcuddur? 
- Hesab edirəm ki, bəzi qeyri-hökumət təşkilatları təsir altına düşür. Təbii ki, belə halda onların müəyyən maraqları olur. Təəssüf ki, bu maraqlar Azərbaycanın ümumi maraqlarına xidmət etmir. Biz də belə hallara qarşı çıxmalıyıq. 
-Bəs, Azərbaycanda siyasi partiyaların təsiri altına düşən QHT-lərin fəaliyyətini necə dəyərləndirmək olar? 
- Siyasi partiyaların təsiri altında olan çoxlu sayda qeyri-hökumət təşkilatı göstərmək olar. Bizim narahatçılığımız ondan ibarətdir ki, QHT-lər siyasətdən kənarda olmalıdır, onlar siyasi hakimiyyət uğrunda gedən mübarizədə iştirak etməməlidir. Beynəlxalq təşkilatlar da layihə həyata keçirən zaman məhz açıq-aşkar şəkildə ayrıseçkiliyə yol verməməlidir. "Sən hakimiyyəti tənqid edirsənsə, hakimiyyətə qarşı müxalifətdəsənsə sənə mütləq qrant verməliyəm" anlayışı çox yanlış bir yanaşmadır. Biz dəfələrlə demişik ki, əgər doğrudan da söhbət vətəndaş cəmiyyətinin inkişafından gedirsə, onda vətəndaş cəmiyyətlərinə verilən yardımlar səmimi, aşkar və şəfaf olmalıdır. Eyni qaydada fəaliyyəti ABŞ-da həyata keçirsək, həmin təşkilat anında bağlanar və onu edən inzibati və cinayət məsuliyyətinə cəlb edilər. 
- Belə halların qarşısının alınması yollarını necə görürsünüz? 
- Bundan çıxış yolları belə layihələrin icrasında şəffaflığın təmin olunmasıdır. Əks halda onların proqramlarına maneəçilik törətmək zərurəti yaranır. Ümumilikdə Azərbaycan qanunlarına zidd olan hərəkətlərə yol verilməməsi üçün qanunvericilik sərtləşdirilməlidir. Dünyanın bir çox inkişaf etmiş ölkələrində QHT-lərə ayrılan qrantlarda şəffaflıq təmin olunmasa buna qarşı ciddi addımlar atılır. Bizdə də belə təcrübə olub. Bu yaxınlarda QHT kimi qeydiyyatdan keçməyən Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinə ABŞ Milli Demokratiya İnstitituna yaxın fonddan 300 min dollar ayrıldığına dair məlumatlar əks-səda yaratmışdı. Baş Prokurorluq Mərkəzdə yol verilmiş qanun pozuntuları ilə bağlı araşdırmalara başlamışdı. Bundan başqa bu ilin martında Milli Demokratiya İnstitutunun Bakı ofisinin rəhbəri Aleks Qriqoryevs hakimiyyətin devrilməsinə çağıran müxalifətçilərə 2 milyon dollar məbləğində maliyyə dəstəyi göstərdiyinə dair məlumatlar hətta Milli Demokratiya İnstitutu Azərbaycanda öz fəaliyyətini dayandırmasını da gündəmə gətirmişdi.
- QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri kimi qeyri-hökumət təşkilatlarımızın Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətindəki fəaliyyəti sizi qane edirmi?
- Açığı tam mənada desəm qane edir, bu belə deyil. Ancaq ədalət naminə qeyd etməliyəm ki, son illər QHT-lərin bu sahədə işləri xeyli çoxalıb. Təsadüfi deyil ki, cənab prezidentin apardığı siyasət və dövlət başçısının siyasətinə verilən içtimai dəstək nəticəsində artıq bütün dünyada erməni yalanları tamamilə faş olunub. Nəticədə beynəlxalq aləmdə ermənilərə inananların sayı azalıb. Ermənilərin nə qədər xəbis və hiyləgər bir millət olduğu, azərbaycanlılara qarşı törətdikləri etnik təmizləmə siyasətin hansı nəticələrə gətirib çıxardığı haqqında artıq dünya ictimaiyyəti bilgiyə malikdir. Nəzərə almaq lazımdır ki, bu elə də asan başa gəlməyib. Yüz illərlə formalaşmış erməni disporasına qarşı Azərbaycan bir toplum, dövlət olaraq ciddi mübarizə metodu qoydu və bununla da biz balansı öz xeyrimizə dəyişdik. Bu hamının və konkret olaraq dövlətin apardığı işin nəticəsidir. 
- Son vaxtlar beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana qarşı olan təzyiqlərin miqyasının artımı müşahidə olunur. Bir millət vəkili olaraq bunun kökündə hansı amillərin dayandığı qənaətindəsiniz?
-Belə təzyiqlər əvvəl də olub, bu gün də var, sabah da olacaq. Ona görə ki, Azərbaycan sözün həqiqi mənasında öz milli maraqlarına söykənən siyasət həyata keçirir. Dünya yaranandan bəri hər kəs öz maraqlarını diqtə etməyə çalışıb. Bu baxımdan, Azərbaycanın yerləşdiyi coğrafi mövqe olduqca strateji əhəmiyyətə malikdir. Burada bir çox beynəlxalq güclərin maraqları kəsişir. Əgər maraqlar kəsişirsə, deməli onların müəyyən istəkləri var. Bu istəklərə nail olunmayanda əlbəttə ki, müəyyən riçaqlardan istifadə olunur. Vaxtilə top-tüfənglə israr edirdilər, indi isə yeni metodlara əl atıblar. Bu metodlar demokratiya, insan haqları və sairdən ibarətdir. Buna baxmayaraq, hesab edirəm ki, belə təzyiqlər heç vaxt nəticə verməyib və bundan sonra da verməyəcək. Azərbaycan özünün müstəqil siyasətini indiyə qədər davam etdirib, bundan sonra da davam etdirəcək. 
- Sizin təmsil olunduğunuz ATƏT PA mütəmadi olaraq Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirir. 
- ATƏT PA-da da müəyyən insanlar var ki, Azərbaycanla bağlı mövqeyində ciddi qüsurlar mövcuddur. Ancaq bizim apardığımız ümumi işlər nəticəsində bunlar tam şəkildə neytrallaşdırıldı. Xüsusilə ATƏT PA-nın Bulvada keçirilən son sessiyasında Azərbaycanda baş tutmuş seçkilərlə bağlı qurumun Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun verdiyi rəyə tamamilə əks olan bir rəy verildi. Bununla həm büroda, həm də daimi komitədə seçkilər tam şəkildə real qiymətini aldı. Düşünürəm ki, bu baxımdan, ATƏT PA-da işimizi davam etdirməliyik. 

 Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31